Məktəblərdə şagird, müəllim və xadimələrə baş örtüklərini qadağan edən, heç yerdə yazılı formada göstərilməyən və məktəb direktorları tərəfindən icrası təmin etdirilən "qanun" ölkə rəhbərimizin çıxışına qarşı yönləndirilmiş təxribat deyil, bəs nədir? Ölkə rəhbərimizin islamofobiyaya qarşı həmrəy olmalıyıq dedikdən sonra belə bir ağlasığmaz addımı atmaq hansı dövlət məmurunun curəti üçün olub? "Dünyəvilik prinsipi pozulmamalıdır" deyib, baş örtüyünə qadağa qoymaq elə o prinsipi pozmaq deyilmi? Təhsildə bu qədər boşluqlar varkən diqqəti aidiyyəti olmayan mövzuya yönləndirmək, Prezidentin danılmaz təşəbbüsü ilə Azərbaycanın artan nüfuzuna xələl gətirmək hansı qüvvələrin və kimlərin marağını təmin edir?
Tələsmək olmaz. Kənar təsirlərə, küyə getmək olmaz. Ölkə rəhbərimiz bu məsələ ilə bağlı hər zaman olduğu kimi yenə də öz xalqının arxasında duracaq və qətiyyətli addımlar atacaqdır. Buna heç kimin ŞÜBHƏSİ OLMASIN.
İmza: Azay Süleymanoğlu