Xəbər verdiyimiz kimi, ötən gün TikTok platformasında “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.
Ölkə gündəmini zəbt edən bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İctimaiyyətin məsələyə marağı xüsusilə məhkəmə prosesləri və sonrakı görüntülərlə bağlı paylaşımlarda özünü göstərib.
BNTV.az xəbər verir ki, diqqət çəkən məqamlardan biri də məhkəmə xəbərləri üzrə jurnalist Orxan Rasifoğlunun TikTok platformasında həyata keçirdiyi canlı yayım zamanı qeydə alınıb.
Belə ki, jurnalistin “Arzum” hadisəsi ilə bağlı təqdim etdiyi canlı yayımı eyni anda 86 min 200-dən çox istifadəçi izləyib. Bu göstərici sosial şəbəkələrdə media nümayəndələrinin canlı yayımları arasında yüksək nəticə kimi qiymətləndirilir.
İzləyicilərin bu qədər böyük maraq göstərməsi bir daha təsdiqləyir ki, cəmiyyət aktual məhkəmə hadisələri ilə bağlı operativ və etibarlı məlumatlara ciddi ehtiyac duyur.
Müasir media mühitində sosial platformaların artan rolu fonunda belə göstəricilər jurnalistikanın yeni informasiya kanalları ilə daha geniş auditoriyaya çatdığını nümayiş etdirir.
