DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyevin doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyevin doğum günüdür.
Uzun illərdir informasiya siyasəti sahəsində peşəkar fəaliyyəti ilə seçilən Elşad Hacıyev hüquq-mühafizə orqanları ilə media arasında operativ, şəffaf və etibarlı informasiya mübadiləsinin qurulmasına mühüm töhfələr verib. Onun mətbuatla açıq dialoqa üstünlük verməsi, jurnalistlərin sorğularına çevik münasibəti və obyektiv informasiyanın ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti media nümayəndələri tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Peşəkarlığı, yüksək mədəniyyəti, dövlətçilik prinsiplərinə sadiqliyi və məsuliyyətli xidməti ilə seçilən Elşad Hacıyev rəhbərlik etdiyi DİN Mətbuat Xidmətinin fəaliyyətində müasir kommunikasiya prinsiplərinin tətbiqinə və cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfələr verməkdədir.
BNTV.az kollektivi olaraq polis polkovniki Elşad Hacıyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və şərəfli xidmətində yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək!