• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu - ŞƏRH

Cəmiyyət

9-04-2026, 16:46

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur.

Günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir. Xüsusilə artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrail və İran arasında gərginlik, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik, Yaxın Şərq regionunda müxtəlif ölkələrdə davam edən hərbi toqquşmalar, Afrika, Asiyadakı problemləri qeyd etmək yerinə düşər.

Bu toqquşmalar, münaqişələr, xaos, qarşıdurmaların səbəb olduğu ən ciddi problem humanitar şəraitlə bağlıdır. BMT və digər beynəlxalq qurumların hesabatına əsasən, son bir neçə il ərzində münaqişə gedən bölgələrdə yaşayan insan sayı yüz milyonlarla ölçülür. Artıq bu müharibə və münaqişələrdən bezərək məcburi köçkünlük və qaçqınlıq həyatı yaşayanların da sayı yüz milyonu keçib. Münaqişə və hərbi qarşıdurmaların məntiqi davamı olaraq da hərbi xərclər də ciddi şəkildə artıb. Bu gün qlobal müdafiə büdcələri 2 trilyon dolları keçib ki, bu da geosiyasi gərginliyin pik həddə yaxınlaşdığını göstərir.

Paralel olaraq isə bir sıra regionlarda dövlətlərarası münasibətlər zədələnir, müəyyən güclərin diktəsi ilə daxili münaqişələr artır. Belə bir vəziyyət isə təbii ki, enerji bazarlarında qeyri-sabitliyə yol açmaqla, ərzaq qiymətlərində artım və qlobal tədarük zəncirində pozuntularla müşayiət olunur. Bu da öz növbəsində dünya iqtisadiyyatına mənfi təsir edir. Məsələn, təkcə Rusiya-Ukrayna müharibəsi səbəbindən taxıl və enerji ixracında böyük fasilələr yaranıb ki, bu da öz növbəsində bir sıra ölkələrdə inflyasiyanı sürətləndirməklə yanaşı, ərzaq təhlükəsizliyi problemini dərinləşdirib.

Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu - ŞƏRH

Müharibə nəticəsində yüz minlərlə insan ölüb, xəsarət alıb, yaralanıb, əlil olub. Milyonlarla sakin isə Avropaya sığınmaq məcburiyyətində qalıb. Bundan əlavə, Ukraynanın iri şəhərləri, sənaye mərkəzləri dağılıb, enerji infrastrukturu, nəqliyyat şəbəkələri, istehsal obyektləri, yaşayış binaları məhv edilib. Buna paralel olaraq isə ölkə ÜDM-nin böyük hissəsini itirib. Dövlətin büdcə kəsiri artıb, xarici borcdan asılılıq pik həddə çatıb. Digər tərəfdən, müharibə yalnız Ukrayna ilə məhdudlaşmayaraq, qlobal enerji və ərzaq bazarlarında ciddi dalğalanmalara səbəb olub, xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyi strategiyalarını köklü şəkildə dəyişməyə məcbur edib.

Bütün bu itkilərə və dağıntılara baxmayaraq, tərəflər arasında davamlı sülh sazişinə dair real irəliləyiş hələ də müşahidə olunmur, cəbhə xəttində döyüşlər vaxtaşırı intensivləşir və münaqişənin yaxın perspektivdə başa çatacağına dair ümidlər olduqca zəif görünür. Bu müharibə Rusiya üçün də ciddi hərbi, iqtisadi və demoqrafik itkilərlə müşayiət olunur. Əlavə olaraq, ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyanın maliyyə sisteminə, enerji ixracına və texnologiya idxalına ciddi təsir edib. Müharibə və səfərbərlik fonunda yüz minlərlə gəncin ölkəni tərk etməsi də əmək bazarına, demoqrafik artıma mənfi təsir edir.

Qısacası, müharibə və münaqişələr ayrı-ayrı dövlət və regionların problemi olmaqdan çıxaraq, bütün dünyanın gələcəyinə təsir edən sistemli bir təhlükəyə çevrilib.

Paralel olaraq, ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqin təhlükəsizliyini zədələməklə yanaşı, beynəlxalq müstəvidə də problemlərə yol açıb. Artıq 40 gündür davam edən hərbi qarşıdurma ilə bağlı diplomatik kanallar vasitəsilə irəli sürülən atəşkəs və sülh təşəbbüsləri konkret nəticə verməyib. Münaqişənin uzanması isə mürəkkəb və çoxşaxəli problemlərə yol açır. Yaxın Şərq dünyanın əsas enerji təchizatçılarından biri olduğu üçün bölgədə hərbi eskalasiya neft və qaz bazarlarında ciddi dalğalanmalara səbəb olur. Son həftələrdə enerji qiymətlərində müşahidə olunan artım qlobal inflyasiya təzyiqlərini gücləndirib, xüsusilə enerji idxalından asılı olan ölkələr üçün əlavə iqtisadi yük yaradıb. Eyni zamanda, regionda strateji nəqliyyat marşrutlarının, o cümlədən Hörmüz boğazı kimi kritik keçidlərin təhlükə altına düşməsi beynəlxalq ticarət zəncirlərində qeyri-müəyyənliyi artırır. Bu isə yükdaşıma xərclərinin yüksəlməsi, sığorta risklərinin artması və qlobal bazarlarda qiymətlərin dalğalanması ilə nəticələnir. Paralel olaraq isə raket hücumları, endirilən zərbələr nəticəsində infrastruktur obyektləri zədələnir, enerji və sənaye müəssisələri, istehsal obyektləri sıradan çıxır.

Belə bir vəziyyət də öz növbəsində region ölkələrinin iqtisadi dayanıqlığını zəiflədir. Həm də beynəlxalq investorlar üçün arzuolunmaz və riskli regiona çevrilir. Bu sadalananlara isə humanitar böhranı, mülki itkiləri də əlavə etsək, hansı təhlükə ilə üz-üzə olduğumuzu anlarıq. Yəni, bu münaqişə artıq lokal qarşıdurma çərçivəsini aşaraq həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik üçün ciddi və çoxölçülü risk mənbəyinə çevrilib.

Dünyada baş verən bu proseslər, münaqişələrin uzanmasının bir çox səbəbi var. İlk olaraq, strateji səhv hesablamalardan başlayaq. Həm Ukrayna, həm də İran müharibəsində qarşı tərəf qısa müddətə nəticə əldə edəcəyini düşünürdü. Amma reallıq tam başqa oldu və hesablamaların düzgün aparılmadığını sübut etdi. Bundan əlavə, zəif diplomatiya və etimad böhranı da münaqişələrin uzanmasında böyük rol oynayır. Bu gün dünyada dövlət arasında etimad kəskin şəkildə zəifləyib. BMT kimi qurumların da vasitəçilik imkanları sıfıra bərabərdir. Bir çox hallarda isə danışıqlar formal xarakter daşıyır və sadəcə vaxt udmaq üçün aparılır, bu da nəticə əldə etməyə imkan vermir.

Bu sıraya geosiyasi rəqabət və böyük güclərin maraqlarını da əlavə edək. Çünki bir çox hallarda müharibə iki ölkə arasında getmir, fonda geniş maraq toqquşmaları da olur. Bu isə kompromisi çətinləşdirir, çünki məsələ artıq təkcə lokal deyil, qlobal güc balansı ilə bağlı olur. Münaqişələrin uzanmasında daxili siyasi amillər də rol oynayır. Bəzən hakimiyyətlər geri addım atmağı zəiflik kimi görür və daxili auditoriya qarşısında mövqelərini qorumaq üçün sərt xətti davam edirlər. Bu da sülh imkanını minimuma endirir.

Bu sadalananlara misal olaraq, Azərbaycanın İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində əldə etdiyi möhtəşəm qələbəni nümunə kimi göstərə bilərik. Ölkə rəhbərliyinin hərbi, siyasi və diplomatik komponentləri koordinasiyalı şəkildə tətbiq etməsi Ermənistan üzərində qəti üstünlüyə səbəb oldu və qarşı tərəfi kapitulyasiyaya imza atmağa sözün əsl mənasında məcbur etdi. Bu qələbə yalnız döyüş meydanında əldə edilmiş üstünlükdən irəli gəlməmiş, eyni zamanda strateji planlaşdırma, müasir hərbi texnologiyaların tətbiqi, komandir və zabitlərin yüksək hazırlığı, həmçinin daxili və beynəlxalq diplomatik siyasətin harmonik sintezindən irəli gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin sərrast strateji hesablamaları nəticəsində digər münaqişələrdə müşahidə olunan uzunmüddətli qeyri-müəyyənliklərin, yəni səhv analiz və hesablama, qeyri-dəqiq hədəf müəyyənləşdirmə, zəif diplomatiya, böyük güclərin maraqlarının toqquşması minimuma endirilərək, qələbəni şərtləndirdi. Azərbaycan tərəfi əvvəlcədən aydın müəyyən edilmiş siyasi və hərbi məqsədlərlə hərəkət edərək, real vaxt rejimində əməliyyatları koordinasiya edib və informasiya, dron texnologiyaları və dəqiq atış sistemləri kimi müasir hərbi imkanları effektiv şəkildə tətbiq edib. Bu isə həm beynəlxalq ictimaiyyətin proseslərə obyektiv yanaşmasına, həm də qələbənin legitimliyinin möhkəmlənməsinə xidmət etdi.

İlham Əliyev
Prezident İlham Əliyevin hər zaman işlətdiyi "Mən gücümü xalqdan alıram, xalqa arxalanıram" ifadəsi də müharibə dövründə sübuta yetirildi. Hərbi əməliyyatlar zamanı xalqın dəstəyi, ordunun yanında dayanması Azərbaycanın qısa müddətdə nəticələr əldə etməsinə böyük təsir etdi. Bu isə göstərdi ki, yalnız strateji planlaşdırma və hərbi üstünlük kifayət deyil; xalqın birliyi və liderə olan etimad müasir müharibələrdə qələbənin ən əsas dayaqlarından biridir. Azərbaycanın nümunəsi həm region, həm də dünya kontekstində demokratik dəstəyin və xalq-ordu-siyasət sintezinin müasir müharibələrdə konkret və qəti nəticələrə necə çevrilə biləcəyini nümayiş etdirir.

Qısacası, 44 gün ərzində təmin edilən qələbə müasir dünyada nadir və "tam və mütləq qələbə" nümunəsinə çevrilib. Hərbi və diplomatik sferada effektiv sintez nümunəsinə çevrilən bu şanlı qələbə təkcə döyüş meydanında əldə edilməyib. Siyasi arenada da Azərbaycanın qüdrətini artırmaqla yanaşı, heç bir mülki binaya, insana ziyan vurulmayan müharibə kimi də tarixə düşüb. Çünki münaqişə zamanı Azərbaycan ordusu yalnız strateji obyektlərə və hərbi hədəflərə yönəldilmiş əməliyyatlar apararaq mülki əhaliyə və qonşu ölkələrə mənfi təsirlərin minimuma endirilməsini təmin etdi. Məhz bu siyasət nəticəsində qonşu ölkələrdə infrastruktur, nəqliyyat marşrutları, şəhər həyatı qorundu, humanitar böhran baş vermədi. Azərbaycanın bir çox ölkəyə neft və qaz ixracında heç bir axsama yaranmadı ki, bu enerji resurslarını ölkəmizdən ixrac edən ölkələrin iqtisadiyyatına mənfi təsir yaratmadı.

Əlavə olaraq, ÜDM və ticarət balansında azalma müşahidə edilmədi. Xarici investorların inamı zədələnmədi. Əksinə 44 günlük müharibədən dərhal sonra Azərbaycanla bir sıra sahələrdə iqtisadi əməkdaşlıq etmək istəyən ölkələrin sayı ciddi şəkildə artdı. Bu vəziyyət, Azərbaycanın müharibəni yalnız strateji və hərbi məqsədlərlə aparmaqla yanaşı, regionda sabitliyi və iqtisadi dayanıqlılığı qorumağa da diqqət yetirdiyini aydın şəkildə göstərir. Beləliklə, qısamüddətli hərbi əməliyyatlar həm effektiv, həm də balanslı şəkildə idarə olunaraq, müasir müharibələrdə "qəti qələbə əldə edərkən regiona və iqtisadi sabitliyə zərər verməmək" nümunəsi kimi tarixə düşdü...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

13-01-2025, 16:32

Afrikadan qovulan fransızlar – SSRİ-yə oxşamağa başlayan Fransa - TƏHLİL

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

14-02-2025, 15:09

Azərbaycanın Somali ilə əməkdaşlığı – Afrikada genişlənən əlaqələr - ŞƏRH

Gündəm / Siyasət

7-03-2026, 14:49

İranın "boğaz ağrı"sı: Hörmüzün bloklanmasının qlobal fəsadları - TƏHLİL

Gündəm / Siyasət

8-08-2024, 15:08

ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir, səfirlik isə sorğuya cavabdan qaçır - ANALİZ

Siyasət

11-03-2026, 17:09

Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

20-02-2026, 16:51

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH

Gündəm / Siyasət

4-05-2024, 11:21

Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı? - TƏHLİL

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 12:34
    Prezident: "AIIF 2026-dakı müzakirələr regionda əlaqəliliyin artmasına, ümumi rifaha töhfə verəcək"
  • Bu gün, 12:14
    Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT
  • Bu gün, 11:34
    Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
  • Bu gün, 11:25
    Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO
  • Bu gün, 11:16
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:32
    Bu dövlət agentliyində DÖVLƏTİN QANUNLARI İŞLƏMİR - FOTOFAKT
  • Bu gün, 10:13
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb
  • Bu gün, 10:08
    Goranboyda təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:40
    Maştağa və Buzovnada bu gün qaz olmayacaq
  • Bu gün, 09:20
    Estetik-kosmetoloq kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar... - Bir araşdıran olsa...
  • Bu gün, 09:01
    "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə