• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-da Böyük Qayıdış prosesi faktlar və sənədlər əsasında araşdırılır

Cəmiyyət

11-03-2026, 13:48

İşğaldan azad edilmiş ərazilərdə aparılan elmi tədqiqatlar Qarabağın tarixinin, mədəni irsinin və demoqrafik reallıqlarının bərpasında mühüm mərhələyə daxil olub. Böyük Qayıdış prosesi çərçivəsində təkcə infrastruktur və sosial layihələr deyil, eyni zamanda elmi əsaslı araşdırmalar da intensiv şəkildə həyata keçirilir. Tarix, arxeologiya və antropologiya sahələrində aparılan bu tədqiqatlar Qarabağla bağlı həqiqətlərin sənədləşdirilməsinə və beynəlxalq elmi dövriyyəyə çıxarılmasına xidmət edir.

Bu istiqamətdə AMEA-nın İctimai Elmlər Bölməsinin institutları tərəfindən Qarabağ və Böyük Qayıdış mövzusu prioritet tədqiqat sahəsi kimi müəyyənləşdirilib. Təkcə 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 30-a yaxın elmi tədqiqat işi yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərə yerli və beynəlxalq ekspedisiyalar təşkil olunub.

Arxeoloq və antropoloqlar Zəngilan, Füzuli, Xocavənd, Xocalı, Ağdam, Qubadlı, Kəlbəcər və Ağdərə ərazilərində çöl tədqiqatları aparıblar. Bu işlər çərçivəsində həm Qarabağın maddi-mədəni irsi araşdırılıb, həm də itkin düşmüş şəxslərin axtarışı ilə bağlı antropoloji tədqiqatlar həyata keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qarabağda aparılan qazıntı işlərinə baxış keçirib.

Son illərdə Qarabağ və Böyük Qayıdış mövzusunda bir sıra fundamental nəşrlər də işıq üzü görüb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə, Qarabağ müharibəsinin geosiyasi və tarixi kontekstinə, eləcə də regionun etnodemoqrafik vəziyyətinə həsr olunmuş “Qarabağ və Zəngəzurda etnodemoqrafik vəziyyət (XIX-XX əsrin əvvəlləri)”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesi: Böyük Qayıdışın başlanğıcı (2021-2024-cü illər)”, “Heydər Əliyev və Qarabağın inkişaf strategiyası (1960-cı illərin sonu - 1980-ci illərin əvvəlləri), “Qarabağ müharibəsi: geosiyasi və tarixi kontekst”, “Qarabağın arxeoloji abidələrinin monitorinqi (1987-ci ilin çöl gündəliyi əsasında)” adlı kitablar, eləcə də “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” və “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” adlı monoqrafiyalar çap edilib. Bu nəşrlər Böyük Qayıdış prosesinin elmi əsaslarla təhlilinə mühüm töhfə kimi dəyərləndirilir.
Qarabağda aparılan elmi tədqiqatlar çərçivəsində bir sıra arxeoloji və tarixi layihələr milli və beynəlxalq qrant proqramları tərəfindən dəstəklənib. Qarabağın daş və dəmir dövrlərinə aid maddi mədəniyyət nümunələrinin tədqiqinə yönəlmiş layihələr çərçivəsində alət sənayesinin texno-tipoloji xüsusiyyətləri, kurqanlar sistemi, yaşayış məskənləri və dəfn ənənələri elmi əsaslarla araşdırılır.

Eyni zamanda, Füzuli rayonu və ətraf ərazilərdə yerləşən arxeoloji abidələrdə aparılan tədqiqatlar Qarabağın qədim dövrlərdən etibarən formalaşmış mədəni və sosial strukturunun öyrənilməsinə xidmət edir. Bu araşdırmalar bölgənin tarixi-mədəni irsinin elmi sənədlərlə təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzur ərazilərini əhatə edən tədqiqatlar Qafqaz Albaniyası ilə Şərqi Anadolu bölgələri arasında orta əsrlərdə mövcud olmuş dini və mədəni əlaqələrin müqayisəli şəkildə öyrənilməsini də əhatə edir. Paralel olaraq, Ağdam rayonunda yerləşən tarixi-memarlıq komplekslərinin tarixi, arxeoloji və epiqrafik baxımdan araşdırılması istiqamətində də elmi işlər həyata keçirilir.

Qeyd olunan layihələr Azərbaycan Elm Fondu və TÜBİTAK kimi elmi qurumların qrant proqramları çərçivəsində icra olunur və Qarabağın tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yönəlib.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurla bağlı tədqiqatların nəticələri yerli və beynəlxalq platformalarda da təqdim olunub. XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə Qarabağa dair elmi nəşrlər nümayiş etdirilib.

Qarabağda aparılan bu tədqiqatlar elmi əhəmiyyət daşımaqla yanaşı, həm də tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və Böyük Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Mədəniyyət

8-03-2025, 10:40

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Cəmiyyət

26-12-2025, 15:50

Akademik Arif Həşimov: “Dövlət başçısının qarşıya qoyduğu vəzifələr sənayenin inkişafında yeni strateji istiqamətlərin formalaşmasını şərtləndirir”

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Cəmiyyət

18-12-2025, 12:36

BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar

Gündəm / Cəmiyyət

25-10-2024, 08:14

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Cəmiyyət

8-07-2024, 12:55

Tarix və Arxeologiya və Etnoqrafiya İnstitutlarının müasir fenomeni - İTTİHAM VAR...

Siyasət

2-01-2025, 15:40

Prezident 2025-ci ilin prioritetini elan etdi - “Böyük Qayıdış proqramı”nın icrası sürətlənəcək - ŞƏRH

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
4-07-2026, 12:32
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
3-07-2026, 17:45
Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
2-07-2026, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
1-07-2026, 16:09
53 yaşlı qadın göldə boğuldu
Xəbər lenti
  • Dünən, 22:42
    Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
  • Dünən, 17:00
    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
  • Dünən, 16:00
    "OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
  • Dünən, 15:00
    Sabah Bakıda 34 dərəcə isti olacaq
  • Dünən, 14:30
    Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
  • Dünən, 14:00
    FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
  • Dünən, 13:00
    İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb
  • Dünən, 12:30
    Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:00
    Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
  • Dünən, 11:00
    Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
  • Dünən, 10:30
    Xaçmaz rayonunda zəlzələ olub
  • Dünən, 10:00
    AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
  • 4-07-2026, 21:41
    Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Katibliyi türkmən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib
  • 4-07-2026, 21:37
    “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
  • 4-07-2026, 19:00
    Starmer xələfini mürəkkəb beynəlxalq vəziyyət barədə xəbərdar edib
  • 4-07-2026, 18:30
    Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
  • 4-07-2026, 18:00
    Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?
  • 4-07-2026, 17:30
    Bəzi yerlərdə külək güclənəcək
  • 4-07-2026, 17:00
    Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
  • 4-07-2026, 16:25
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • 4-07-2026, 16:16
    “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
  • 4-07-2026, 15:59
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • 4-07-2026, 15:45
    Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir
  • 4-07-2026, 15:15
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • 4-07-2026, 15:02
    Zaur Kamal qəza etdi
  • 4-07-2026, 14:02
    ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
  • 4-07-2026, 13:41
    Sürdüyü maşında öldü
  • 4-07-2026, 12:59
    Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
  • 4-07-2026, 12:53
    Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
  • 4-07-2026, 12:32
    Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
  • 4-07-2026, 10:56
    İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2026, 10:36
    "Qədir-Xum" eyni nöqsana görə yenidən cərimələndi
  • 4-07-2026, 10:13
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • 4-07-2026, 09:08
    İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT
  • 4-07-2026, 08:54
    Azərbaycan XİN ABŞ-ni təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə