Sizin reklam burada 728×90
Son dəqiqə

Vətən müharibəsi qazisinə sinir nəqli edilib, barmaqlarının funksiyası bərpa olunub

06.08.2022 18:47 645 1 dəq oxunur
Vətən müharibəsi qazisinə sinir nəqli edilib, barmaqlarının funksiyası bərpa olunub
Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bakunews.az-ya report-a istinadən verilən məlumata görə, əməliyyat institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

"Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdir. ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulmuşdur. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilmişdir. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək", - institutundan bildirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az