Sizin reklam burada 728×90
Son dəqiqə

Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

27.03.2025 17:47 283 1 dəq oxunur
Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla investisiya layihələrinin müzakirə olunduğu idarələrarası görüş keçirib.

Bu barədə “Report” Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Yüksək vəzifəli şəxslər müxtəlif istiqamətlərdə işlərin gedişatı barədə məlumat veriblər.

XİN-in məlumatında bildirilib ki, Məhəmməd İshaq Dar infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.

"Baş nazirin müavini həmçinin təsdiq edib ki, Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi hökumətin prioritetlərindən biri olaraq qalır", - XİN-də qeyd ediblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az