• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bu regional təhsil idarəsində bitməyən macəralar -VİDEO

Cəmiyyət

14-03-2025, 16:29

Azərbaycan təhsilində dəhşət və rəzalət davam edir.

Hər gün bir yeni olay, hər gün bir yeni macəra, tükürpədən iddialar...
Hər gün bir təhsil ocağından şiddətin, rüşvətin və daha nələrin, nələrin səsi ildırım sürətilə ölkəyə yayılır.
Elm və Təhsil Nazirliyi də adəti üzrə olayın qəhrəmanını ya işdən çıxarır, ya da yerini dəyişdirir.
Vəssalam.
Yəni, haqqında görülən tədbir şəxsin "cibinin qalınlığından asılı olur".
Bu dəfə də barəsində danışacağımız regional təhsil idarəsi tez-tez qalmaqalları ilə gündəmdəki mövqeyini əlində "möhkəm sıxıb saxlayan" Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir.
Belə ki, redaksiyamıza Daşkəsən rayon sakini Məmmədova Nuriyyə Cəlil qızı tərəfindən müraciət daxil olmuşdur.

Xanım redaksiyamıza müraciətində bildirir ki, "1988-ci ildən keçmiş Maarif şöbəsi, hazırkı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində mühasib işləyirdim.

İşlədiyim müddətdə hər zaman təhsil sahəsində baş verən qanun pozuntularına etirazımı bildirmişəm.
2022-ci ildə iş üçün lazım olan bəzi sənədləri tələb etdiyimə görə əmək haqqımdan 100 manat kəsildi. Belə olan halda prokurorluğa müraciət etdim. Bundan sonra Hesablaşma və Maliyyədən Aydın Rəhimov ilə Elçin Eyvazov güya gəlib yoxlama aparıb, səssizcə çıxıb getdilər, iş bağlandı.
Bu minvalla 2023-cü ilin avqust ayına qədər işimi davam etdirdim. Avqust ayının 28-də Rövşən Kərimov tərəfindən qeyri-qanuni olaraq işimdən azad edildim. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin o, zamankı müdiri Anar Qədiməliyevə müraciət etdikdən sonra, sentyabr ayında Daşkəsən Rayon təhsil idarəsinə işə bərpa edildim.
Lakin az sonra Rövşən Kərimov mənə iki dəfə səbəbsiz töhmət verdi.

Az müddət sonra isə həmkarlar ittifaqlarına üzvlükdən imtina etmədiyimə görə əmək müqaviləmə xitam verildi. Bununla bağlı müraciət etmədiyim dövlət qurumu qalmayıb. Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumlar məni işimdən azad etməklə hüququmu kobud şəkildə pozan Rövşən Kərimovun bu qanunsuz qərarı qarşısında acizlik nümayiş etdirirlər."
Bundan əlavə, canlı yayımda Nuriyyə Məmmədova çox ciddi məlumatları açıqladı.
O, bildirir ki, "Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müdür müavini işləyən Rövşən Kərimov 5-6 dəfə imtahandan kəsildiyi halda hələ də vəzifədədir.
Rövşən Kərimov tenderdən hər ay 1.000.000 (bir milyon) manat pul mənimsəyir.
Müəllimlərin tarif cədvəlində özünün ağlına gələn (ərk elədiyi) müəllimlərin adlarına güya maddi köməklik üçün əlavə məbləğlər (hər müəllim üçün 20 min, 10 min) yazaraq büdcədən pul silir.
2022-ci ildə makler kimi tanıdığımız Gülnar Qarayeva 15000 (on beş min) manat rüşvət verərək Regional Təhsil İdarəsinə baş məsləhətçi vəzifəsinə təyin edildi, amma sonra imtahandan keçmədi. Daha sonra necə keçirdilər bilmirəm.
Onu da deyim ki, idarədə saxta yolla işə daxil olanların hamısının bir cavabı var - "Eşqi Bağırovun imtahanından keçmişəm". Hansı yollarla keçiblər, bunu aidiyyatı qurumlar araşdırsa görəcək.
2023-cü ilin aprel ayında Anar Qədiməliyevlə Rövşən Kərimov regionala tabe olan 45 orta məktəb və 11 uşaq bağçası rəhbərliyinə tapşırıq verdilər ki, hamı bir nəfər kimi həmkarlar ittifaqlarına üzvlükdən imtina etsinlər, əks halda əmək müqavilələrinə son veriləcək. Mən bu tapşırığı icra etmədiyim üçün mənim əmək müqaviləmə son verildi. Yerimə isə Rövşən Kərimov 10-15 min arası rüşvət alaraq 6 ay belə stajı olmayan Fərid adlı birini imtahansız təyin edib. Mənə isə deyirlər ki, yenidən imtahan verərək, işə qəbul ola bilərsən.
Daşkəsən rayon təhsil şöbəsinin müdiri təyin olunan Vüsal Cəfərov nazirliyin imtahanından keçməyib, müvəqqəti əmrlə işləyir.
Vüsal Cəfərov güya işə davamiyyəti yoxlamaq - kimlərin gəlib-gəlmədiyindən xəbərdar olmaq məqsədilə yalnız qadın işçilərin şəkillərini çəkdirib, votsap vasitəsilə özünə göndərtdirir. Özü də bunu gündə 4 dəfə - səhər iş başlayanda, nahardan əvvəl, nahardan sonra və iş saatı bitəndə təkrar etdirir.
Deyilənə görə Vüsal Cəfərov da həmin şəkilləri Rövşən Kərimova göndərir ki, "bu gün bu adamlar işdə olub".
Məktəblərdə yuxarı siniflər hamısı demək olar ki, boşdur. Uşaqlar ayda 30, 50 və sair manat ödəniş etməklə məktəbin müəllimlərinin evində təhsil alırlar.
Rövşən Kərimovun anası Kəmalə Kərimova Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyib. Halbuki, Rusiyada Şərabçılıq üzrə master təhsili alıb, güya müəllimlər institutunda ixtisasdəyişmə adı altında saxta yolla müəllim diplomuna yiyələnib. Bir neçə il yüksək dərs saatları ilə işlədikdən sonra bu il təqaüdə çıxdı.
Ümumiyyətlə, sözügedən 8 nömrəli məktəbdə çalışanların böyük əksəriyyəti Rövşən Kərimovun yaxınları, ailə üzvləridir (bacısı, xalası və sair).

Rövşən Kərimov əvvəllər 34 və 8 nömrəli məktəblərdə çalışan Vəfa və Şahnaz xanımın üzünə məktəbin müəllimlərini durğuzaraq, onları işindən azad etdirib.
Bundan əlavə, idarəmizdə şöbə müdiri vəzifəsində çalışan Abışov Kamil İsa oğlu inventarları satır - fakturaları özü yazır və məktəb direktorlarına göndərir. Halbuki nə Kamil Abışovun ixtiyarı yoxdur məktəb və uşaq bağçalarına inventarları özü versin, nə də məktəb direktorları onu almalıdır. Bu işi icra etmək üçün hər məktəbin təsərrüfat işləri üzrə müdiri var.
Anbarın açarı şöbə müdirində olmalı deyil, bu qanuna ziddir. Amma, Kamil Abışov anbardarı işdən azad etməklə hədələyib açarları özündə saxlayır.
Həmçinin, yuxarıda qeyd etdim ki, Rövşən Kərimov regionun bütün məktəb və uşaq bağçalarının rəhbərlərinə həmkarlar ittifaqlarından imtina etmək əmrini vermişdi. Amma, nə hikmətsə 6 ay sonra Rövşən Kərimov bütün məktəb və uşaq bağçalarının rəhbərliyinə yenidən həmkarlar ittifaqlarına üzv olmaq üçün ərizə ilə müraciət etmələrini əmr edib.
Hamı işsizlikdən gileyləndiyi bu dövrdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində, eləcə də Daşkəsən Rayon Təhsil sektorunda eyni saatda 3-4-5 müxtəlif işdə işləyən, bir neçə yerdən əmək haqqı alan adamlar var.
Rövşən Kərimov Gülnar Qarayeva ilə əlbir olaraq, bazardan ucuz məhsullar alaraq, büdcədən onların alınması üçün ikiqat pul sildirir, uşaq bağçaları üçün alınan tefal qazanlar və digər əşyaları bazarlarda satdırırlar."
Nuriyyə Məmmədovanın işdən çıxarılma səbəbi ilə yanaşı sadaladığı bütün məlumatlar ciddi araşdırmaya ehtiyac duyulan məqamlardır.
Bundan əlavə, xanım icra-probasiya şöbəsindən də narazıdır ki, işdən haqsız yerə çıxarıldığı üçün müraciət etdiyi məhkəmə qərarında qarşı tərəflə razılığa gəlmələri bildirilsə də buvaxta qədər nə Rövşən Kərimov, nə də icraçı tərəfindən xanıma qarşı hər hansı bir addım atılmayıb.

Qeyd edək ki, Nuriyyə Məmmədovanın iddiaları ilə bağlı tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib.
Qarşıdakı günlərdə nazirliyin reaksiyası ilə birlikdə mövzuya yenidən qayıdacağıq.(dogruxeber.az)
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

30-10-2024, 15:20

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edildi

Cəmiyyət

12-11-2024, 10:21

Yeni vəzifəyə təyin olunsa da... - İTTİHAMLAR SƏNGİMİR...

Gündəm / Hadisə

3-04-2024, 15:43

Goranboyda şagirdlər arasında insident: bıçaqlanan var

Cəmiyyət

11-12-2024, 09:21

Gəncə şəhər 1 nömrəli məktəbdə rüşvət qalmaqalı - VİDEO

Cəmiyyət

22-08-2024, 11:00

AÇIQ TƏHLÜKƏ: Uşaqlar bu məktəbə getsələr... - NAZİRİN NƏZƏRİNƏ...

Təhsil

1-07-2024, 17:38

Regional Təhsil İdarəsinin müdiri işdən çıxarıldı

Cəmiyyət

5-04-2024, 16:46

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Gündəm / Cəmiyyət

16-10-2024, 09:05

GƏNCƏ 34 SAYLI MƏKTƏBİN DİREKTORU SEYMUR MƏMMƏDOVUN HEGEMONLUĞU -İDDİA

Təhsil

30-08-2022, 10:40

Bu gündən müəllimlərin sertifikasiyasına başlanılır (YENİLƏNİB)

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Təhsil

23-06-2022, 17:57

Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir - Gəncə regional təhsilində NƏ BAŞ VERİR?

Təhsil / Video / Bölgə

12-01-2023, 20:24

UluTv.İNFO: Aranlı Kənd məktəbinin müəlliməsindən yeni paylaşım - VİDEO

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə