• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Korrupsioner məmurların cəzasını məhkəmələr niyə azaldır? - hakimlərin özfəaliyyəti, yoxsa...

Cəmiyyət

4-08-2022, 18:16

Sabiq başçıların taladıqlarının böyük qismi əllərindən alındımı; yüngül cəzalar digərlərini də həvəsləndirə bilər...
Şirvan Apelyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən verilmiş şikayətlərə baxılıb və onların cəzası azaldılıb.

Belə ki, hakim Elşad Əliyevin sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, rayon mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov 4 il, mənzil istismar sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilmişdilər...

Şirvan Apelyasiya Məhkəməsi həmçinin, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan şəxslərin əmlakları üzərinə qoyulmuş həbslə bağlı qərarı da dəyişdirib.

Rüşvətxor məmurlara ömürlük həbs cəzası verilsin! - TƏKLİF

Qərara əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov, İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun əmlakları üzərinə qoyulan həbs götürülüb. Yalnız dövlət nəfinə müsadirə olunmuş 1 qeyri-yaşayış sahəsi saxlanılıb.

Sabiq vəzifəli şəxslərin əmlakları aşağıdakılardan ibarətdir:

Ceyhun Cəfərova məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0,0370 ha torpaq sahəsi;

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi;

Sabiq icra başçısının birinci müavini Tacəddin Novruzova məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi.

Rayon İH-nin şöbə müdiri Natiq Kərimova məxsus Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri,

Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi;

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil;

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış binası.

Məhkəmə qərarını belə əsaslandırıb ki, Ceyhun Cəfərov dövlətə dəyiş ziyanı tam ödəyib.

Ceyhun Cəfərov mənimsəməyə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.

Ölkədə korrupsioner məmurların yeni həbs dalğası - vətəndaşların artan şikayətləri və ...

Bəs onun vətəndaşlara etdiyi zülm? Dövlət siyasətinə vurduğu mənəvi ziyan? Habelə, özünə qaytarılan əmlaklarının siyahısına diqqət etdikdə, ümumi məbləği milyonlarla ölçülür...

Nəzərə çatdıraq ki, korrupsiyaya görə həbs edilən məmurların cəzasının sonradan azaldılması halı ilk deyil. Bu sanki bir tendensiya halını alıb. Belə ki, daha əvvəl apelyasiya və ali məhkəmə instansiyalarında Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun, Şirvan Apelyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevin də cəzaları azaldılıb, bir sıra mülkləri özlərinə qaytarılıb. Dövlət, xüsusi xidmət orqanları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məmurları tutur, onlara birinci instansiya məhkəməsində ağır və haqq etdikləri cəzalar verilir, amma sonra yuxarı instansiya məhkəmələri cəzalarını azaldır, korrupsiya yolu ilə əldə etdiklərini də özlərinə qaytarır. Əlbəttə, bu son deyil, 3-6 ilə endirilmiş cəzanın hamısını da yatmayacaqları ehtimalı var. Onlar ya cəzasının üçdə ikisini çəkmələri şərti, yaxud yerli məhkəmə ilə 2-3 il yatdıqdan sonra azadlığa çıxmağa da nail ola bilərlər, bu cür güzəştli davranışla. Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələrin korrupsionerlərə güzəştlərin tətbiqi birmənalı qarşılanmır. Digər rüşvətəmeylli məmurlar da düşünəcək ki, milyonları yığacaq, sonra 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək.



Burada məhkəmə sisteminin özünün korrupsiya və rüşvətə bulaşmasına dair deyilənlər də göz önünə gəlir. Lakin bu məsələ ilə bağlı Musavat.com-a danışan mötəbər mənbə iddia edir ki, məsələ heç də korrupsionerlərə güzəşt və ya onlardan rüşvət almaqla bağlı deyil: “Bu, bir anlaşma məsələsidir. Bu məmurlardan dövlətdən və xalqdan taladıqlarının əhəmiyyətli hissəsini alıb, milliləşdiriblər. Dövlətə hazırda çoxlu vəsait lazımdır. Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin və digərlərinin timsalında sübut olundu ki, məmurlara yüksək cəza verməklə, onların taladıqlarının geri qaytarılması mümkün olmur. Hər hansı yollarla xaricə çıxardılmış hissə xaric, korrupsionerlərin Azərbaycanda saxladıqları əmlakın, pul kütləsinin böyük bir hissəsini isə milliləşdirmək mümkün olur. İstintaq vasitəsilə. Onlara bu cür təsir edib, əllərində olan pul kütləsinin və dəyərli əmlakın ciddi bir hissəsini dövlətin nəfinə xilas etmək mümkündür. Hazırda müşahidə etdiyimiz nümunədə belə davranılıb”.

Bu iddiaların hansı gerçəkdir? Korrupsionerlərin sərvətlərinin böyük qismini əllərindən alıb, cəzalarını azaltmaqla, onlarla əməkdaşlığa getmək doğru variantdırmı?

“2-3 min manatlıq oğurluq etmiş şəxsə də 8-10 il, icra başçısına 6 il?”

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, korrupsiyaya qarşı mübarizənin belə bir şəkil alması əvvəlcədən bəyan olunan məqsədlərə xidmət etmir: “Korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olundu ki, kimsəyə güzəşt edilməməlidir. Məhkəmələrdə isə tam bir əks proses gedir. Bu biz hüquqşünasları, ölkə ictimaiyyətini də narahat edir. Biz görürük ki, xəstəsinə dərman almaq üçün 2-3 min manatlıq oğurluq etmiş şəxsə də 8-10 il, böyük bir rayonu çapıb talayan, 10 milyonlarla maddi ziyan vuran, əhalinin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirən bir icra başçısına da 8-10 il cəza verilir, sonra cəzası 6 il olur. 2-3 min oğurluq edəndən fərqli olaraq icra başçısı həbsdə uzağı 3 il qalır. Son olaraq Kürdəmirin icra başçısı ilə bağlı qəbul olunan qərara baxaq. Vurduğu zərərdən 300 min manatını ödəyib. Bu pulu ortaya atıb və özü ilə bərabər Kürdəmiri çapıb-talayan vəzifə sahiblərinin hər birinin cəza müddəti azaldılıb. Həmin 300 min manatı da gözdən pərdə asmaq üçün ödəyiblər. Bu adamlar Kürdəmirdə rəhbər vəzifələrdə olarkən milyonlarla manat büdcə pulunu yedikləri görünür. Bəs qalan pullar hanı? Kürdəmirin icra başçısı 600 min manat pul yeyib və doyub? Buna kim inanar?”

Əsabəli Mustafayev: “Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar tətbiq edilə bilər”

Əsabəli Mustafayev deyir ki, korrupsiyaya görə həbsə alınan məmurların xəstəlik adı ilə azadlığa buraxılması praktikası da geniş yayılıb: “Çox təəssüflər olsun ki, burada da korrupsiya əlamətləri var. O həbslər böyük korrupsiyaların qarşısını almalı olduğu halda kimlər üçünsə şirnikləndirici bir prosesə çevrilib. Bu proses başlayanda korrupsioner məmurlar xof, qorxu içində idilər. Düşünürdülər ki, gec-tez qara maskalılar onların da kabinetində əllərinə qandal taxacaqlar. O zaman bir çox icra başçıları, məmurlar korrupsiyadan yayınmağa çalışırdılar. İndi isə məhkəmələrin qəbul etdikləri hökm və qərarları görüb qollarını çırmalayıb büdcə pullarını əvvəlkindən daha rahat, daha iştahlı şəkildə basıb yeyirlər. Çünki ortada həbsə düşən korrupsioner icra başçılarının, məmurların taleyi var. Korrupsiyaya qurşanmaqla 10 milyonlarla manata sahiblənən icra başçısı həbsə düşür, 2-3 milyon xərcləyir və 2-3 ilə azadlığa çıxıb şad-xürrəm həyatını davam edir. Əvvəllər hər gün 10 min manat oğurlayan icra başçısı, belə məhkəmə praktikalarını görüncə 100 min manat oğurlanmağa həvəslənir”.

Vəkil deyir ki, icra başçıları, məmurlar haqda məhkəmələrdə oxşar yüngülləşdirici əsaslı hökm və qərarların çıxarılması bu prosesin eyni mərkəzdən idarə olunması nəticəsini hasil edir: “Məhkəmələrin harada keçirilməsindən asılı olmayaraq eyni ssenari üzrə getməsi, nəticələrin oxşar olması bu işlərin eyni mərkəzdən idarə olunmasını söyləməyə əsas verir. Sanki prokurorluq, ittiham idarəsi bu işlərdə yoxdur. Bu qənaətə icra başçılarının cinayət dosyelərinin eyni nəticə ilə bitməsi oxşarlığına görə gəlirəm. Bu işlər nəticə etibarı ilə hüquqi müstəvidən çıxır. İlkin olaraq prokurorluq 12-15 il cəza tələb edir. Məhkəmə 10-11 il cəza təyin edir. İş apelyasiya instansiyasına, yuxarı instansiyaya gedir və baxırsan ki, icra başçısının azad edilməsi məsələsi müzakirə olunur.

Bütün bunlar Azərbaycan cəmiyyətinin gözü qarşısında baş verir və yaranmış durum insanlarda yenə də ümidsizlik formalaşdırır".\\musavat.com\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-08-2022, 12:50

Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb

Hadisə

2-08-2022, 16:00

Kürdəmirin sabiq icra başçısı dövlətə dəymiş ziyanı tam ödəyib

Cəmiyyət

15-08-2022, 12:01

Vilyam Hacıyev bəraət istəyir

Cəmiyyət

29-07-2022, 13:10

Azadlığa buraxılan keçmiş gömrükçülər yenidən həbs olundular

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Cəmiyyət

9-08-2022, 13:15

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olundu

Cəmiyyət

8-07-2022, 14:51

Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

Cəmiyyət

29-07-2022, 20:22

DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildi

Cəmiyyət

23-08-2022, 10:13

FHN hospitalının sabiq baş həkiminin cəzası iki dəfə azaldıldı

Cəmiyyət

15-07-2022, 16:15

Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?

Cəmiyyət

29-07-2022, 22:18

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Hadisə

23-08-2022, 15:44

Lənkəran icra başçısının sabiq müavininin cinayət işi məhkəməyə göndərilib

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Bu gün, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Bu gün, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə