Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib

26.02.2025 15:23 261 1 dəq oxunur
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələr arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az