• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakının mərkəzində basqın: "Adını "Hacı" qoyub, hacılıq bunun baş daşındadır, yoxsa əməlində?" - Video

Cəmiyyət

16-08-2024, 10:32

"Gold Residence" adlı MTK şirkəti Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsindəki qəzalı vəziyyətdə olan beşmərtəbəli binanı söküb, ərazini almaq istəyir. Ancaq bina sakinləri buna etiraz edirlər.Problemlə əlaqədar yerli sakinlər redaksiyamıza müraciət ediblər.
Onların dediyinə görə, bu evlərin qarşılığında şirkət onlara 15 min manat pul təklif edir, ya da 14-15 kv. metrlik evlər verir. Həmin evlər də şəhərdən kənarda yerləşən Bakı kəndlərindədir. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunsa da, "baxılacaq" deyilib, amma hələ də baxılmayıb. Vətəndaşların qazını, suyunu və işığını kəsiblər, axşamlar da gəlib evdən çıxmaları üçün hədə-qorxu gəlirlər. Bina 30 ilə yaxındır qəzalı vəziyyətdədir, bu barədə həmin illər ərzində FHN-dən heç bir sənəd verilməyib:

"...Amma şirkət əraziyə yerləşib, köhnə binaların ortasında bir otel tikəndən sonra gözü bu binalara düşüb və FHN-dən onların qəzalı vəziyyətdə olması ilə bağlı "tezbazar" sənəd ala bilib. İndi həmin sənədi əsas gətirərək, bizdən bu binanı təcili tərk etməyimizi tələb edirlər. Kişilərimizlə, cavan oğlanlarla burda dava-qırğına, şillə-təpiyə çıxırlar, zor tətbiq edirlər, gecənin bir vaxtı gəlib, hədələyirlər ki, "səhər evi boşaldın!". Bizə 14-15 kv. metrlik evlər təklif edirlər, halbuki, pilot layihələrdə 56 kv. metrdən aşağı ev yoxdur. Suyumuzu, qazımızı, işığımızı kəsirlər. Bu binada ikili vətəndaşlığı olan sakinlər də yaşayır. Onlara deyirlər ki, "Azərbaycandan imtina et, get, Rusiya səni qəbul etsin". Bu şirkətin rəhbəri adını "Hacı" qoyub. Biz bilmirik, hacılıq bunun baş daşındadır, yoxsa əməlində? Əgər burdan köçürüksə, 45 kv. metr bizim haqqımızdır. Burdakılar 128-ci və 130-cu küçələrdəki binanın sakinləridir. Toplasan, burda 50 nəfər var. Zəhmət çəksinlər, haqqımızı versinlər",- deyə, məhəllə sakinləri şirkət nümayəndələrinin davranışından şikayət ediblər.
Məsələ ilə əlaqədar "Gold Residence"in (Digər adı ilə "İmişli MTK") rəsmi nümayəndəsi ilə əlaqə saxlsaq da, şirkətin mövqeyi ilə bağlı redaksiyamıza açıqlama verməkdən imtina etdi. "Vüsal müəllim" adlanan şəxs bizi şirkətin ofisinə dəvət edib, məsələ ilə əlaqədar "təklikdə özəl" söhbət etməyi təklif etdi. Bu təklifin qanundankənar olduğunu bildirsək də, "sizi belə adi zənglə tanıya bilmərəm, gəlin, ofisdə söhbət edək" deyib, açıqlama verməkdən imtina etdi. Şirkətin rəhbəri olduğunu iddia edən Vüsal müəllimə məhəllə sakinlərindən bir neçə nəfərlə şirkətə gəlib, məsələni müzakirə etməyi təklif etsək də, yenə də müsbət cavab ala bilmədik.
Bina sakinlərinin müraciəti üzrə ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik. Qarşı tərəfin mətbuat etikasına zidd təklifləri istisna olmaqla, məsələ ilə əlaqədar verəcəkləri açıqlamanı dərc etməyə hazırıq.
Problemlə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyi barədə də araşdırma aparmaq üçün müvafiq qurumlara sorğu verəcək və nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq. (Bizimyol)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-05-2024, 13:24

" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Gündəm / Video

29-06-2024, 09:51

Bakının mərkəzində yeni park salınır - Bəzi evlər SÖKÜLÜR

Cəmiyyət

15-03-2024, 12:00

Baş nazir təhlükəli binalardan danışdı

Gündəm / Bölgə

18-10-2023, 17:04

Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR? - FOTO

Sosial / Olay

28-09-2023, 09:04

Şəhid ailələrindən qaz çəkilişi üçün 285 AZN tələb edən kimlərdir?..- “Azəriqaz”dan açıqlama

Cəmiyyət

19-08-2022, 18:00

Binəqədidə evlər suyun altında qaldı

Cəmiyyət

11-07-2024, 14:59

FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi? - ETİRAZ VAR...

Cəmiyyət / Araşdırma

9-09-2023, 13:05

MTK-lar satdığı binanı sakinlərə təhvil vermir...

Gündəm / Cəmiyyət

30-01-2024, 21:21

Bakıda bəzi fərdi evlər söküləcək

Bölgə / Olay

20-09-2023, 14:25

Astarada sakinlər RİSK ALTINDA... - VİDEO

Gündəm / Ölkə

31-07-2023, 20:47

Yüzlərlə şikayətçi, milyonlarla vergi borcu və açıq qalmış cinayət işi... - FOTO

Bölgə

24-06-2022, 10:52

Taleh Qaraşov üçün sakinlərin TALEHİ MARAQLIDIRMI? - VİDEO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Bu gün, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Bu gün, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Bu gün, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
  • Bu gün, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • Bu gün, 17:01
    ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR
  • Bu gün, 17:00
    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
  • Bu gün, 16:47
    Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
  • Bu gün, 16:29
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Bu gün, 16:22
    “Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama
  • Bu gün, 15:53
    Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
  • Bu gün, 15:46
    FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
  • Bu gün, 15:15
    Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
  • Bu gün, 15:06
    Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olundu - ƏMR
  • Bu gün, 14:38
    Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
  • Bu gün, 14:27
    "Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ
  • Bu gün, 13:15
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
  • Bu gün, 13:03
    Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib
  • Bu gün, 12:43
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:33
    Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO
  • Bu gün, 11:55
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Bu gün, 11:47
    Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
  • Bu gün, 11:27
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Bu gün, 11:18
    Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
  • Bu gün, 10:42
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Bu gün, 10:33
    ​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO
  • Bu gün, 10:17
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bu gün, 10:03
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Bu gün, 09:38
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Bu gün, 09:31
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Bu gün, 09:00
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə