Sizin reklam burada 728×90
Son dəqiqə

Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz olmayacaq

16.05.2024 10:14 510 1 dəq oxunur
Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz olmayacaq
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 16-da saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi, saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və "Xaşa-Xuna(Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, qəsəbənin Xanlar küçəsi, Daş karxanasının bir hissəsi, Xəzər rayonunun Xaşa-Xuna qəsəbəsi, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az