Sizin reklam burada 728×90
Son dəqiqə

“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu BURAXACAQ

15.12.2023 18:08 375 1 dəq oxunur
“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu BURAXACAQ
Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində “Neftçi”nin 3 futbolçusu zədəlidir.

Bunlar qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir.

İlk iki oyunçu bir müddətdir zədədən əziyyət çəkir, Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirirlər.

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az