• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ağdaş İcra Hakimiyyətinin 350 minlik tenderində qalib olan şirkətin sahibi AXTARIŞDADIR? – DETALLAR

Bölgə

5-06-2023, 21:15

Ağdaş Rayon İcra Hakimiyyəti “Ağdaş şəhərində yolların təmiri işlərinin satın alınması” üçün aprelin 12-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bakunews.az xəbər verir ki, maliyyə dəyəri 344 min 797 manat olan tenderin qalibi “Qarabağ Təmir-Tikinti” MMC (VÖEN - 3201104781) olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət Ağdaş RİH üçün Fərid Məmmədzadə, Əlibəy Hüseynzadə, Karvan yolu, Ceyhun Əliyev, Kənan Məmmədov, Sadiq Yusifzadə, M.F.Axundov küçələrində, həmçinin M.İsayev küçəsi dalan 8-də, ümumi sahəsi 21174 kvadrat-metr olan ərazidə qum-çınqıl qarışığından əsasın düzəldilməsi və bərkidilməsi, eləcə də iri dənəli asfalt-beton qarışığından hazırlanmış örtüklərin döşənməsi, xırda dənəli asfalt-beton qarışığından hazırlanmış örtüklərin döşənməsi işlərini həyata keçirəcək.

“Qarabağ Təmir-Tikinti” MMC 19 noyabr 2018-ci ildə Ağdam Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsi, qanuni təmsilçisi isə Məmmədov Elgün Yusif oğludur.

Qeyd edək ki, şirkətin adı bir neçə dəfə böyük qalmaqalda hallandırılıb. Belə ki, ilk qalmaqal 2022-ci ilin sentyabr –noyabr aylarında yaranıb. Belə ki, bu dövrdə Ağdam RİH “Ağdam Bayraq meydanı üçün dövlət bayrağının alınması ilə bağlı” üç tender keçirib və qaliblərdən biri bu şirkət olub.

Bakunews.az xəbər verir ki, həmin vaxt “Qafqazinfo.az” bu tenderlə bağlı araşdırma aparıb və bəzi qaranlıq məqamlar ortaya çıxıb.

İcra Hakimiyəti ilk dəfə sentyabrın 12-də Şərifov Fərid Hacı oğlu ilə 8x16 ölçüdə 6 ədəd AR-nın Dövlət Bayrağının alınması ilə bağlı müqavilə imzalayıb və qarşı tərəfə 4194 manat ödəyib.

Bir ay sonra, yəni oktyabrın 25-də Ağdam RİH yenidən eyni adlı tender elan edib və bu qəfə qalibi “Qarabağ Təmir-Tikinti” MMC olub. Yenidən Bayraq meydanı üçün eyni ölçüdə, eyni sayda bayrağın alınması üçün şirkətə keçən aydan fərqli olaraq, ikiqat, yəni 8850 AZN ödənilib.

Bunun müqabilində isə şirkət ötən ildən başlayaraq, Ağdam RİH-nin daha 8 tenderinin qalibi olub.

Cari ilin fevralın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Ağdam rayonu məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işləri üzrə 21 fevral 2023-cü il tarixdə açıq tender müsabiqəsi elan edir və 20 aprel 2023-cü il də tamamlanır.

Tenderin qalibi adıçəkilən şirkət elan olunur və tərəflər arasında 615 min 063 manat məbləğində satınalma müqaviləsi imzalanır. Şərtlərə əsasən, şirkət Ağdam rayonundakı məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işlərini bu ilin iyulun 19-na qədər başa çatdırmalıdır.

Tenderin qalmallı tərəfi odur ki, şirkətin qanuni təmsilçisi kimi göstərilən Məmmədov Elgün Yusif oğlu ilə bağlı internet resurslarında xoşagəlməyən məlumatlar yer alır. Belə ki, araşdırmalar zamanı, bu adda iki nəfərin olduğunu gördük. Onlardan biri və ata adı uyğun gələn Məmmədov Elgün Yusif oğlu DİN tərəfindən axtarılır.

Belə ki, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən barəsində AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ( (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə axtarış elan edilib.

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsində deyilir ki, tenderlərdə iştirak edəcək podratçılar "satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır”.

Bakunews.az


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-08-2022, 22:15

“MSDIS Holdıng”-In Tender Manapoliyası… – Şirkət Təmsilçisi Niyə Dəyişdi?

Cəmiyyət / Bölgə

22-06-2022, 14:07

İcra başçısı “1 manatlıq” şirkətə milyonluq tenderlər verdi

İqtisadiyyat

16-08-2022, 18:33

Gəncə Şəhər İcra Hakimiyyətinin qurumu 4 milyon manatlıq tenderi yekunlaşdırıb

Cəmiyyət

12-08-2022, 10:13

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Cəmiyyət

27-07-2022, 20:40

Şabranda tender oyunu: Qaydaları pozan şirkətə 25 milyonluq layihə verildi

Hadisə

21-07-2022, 21:57

Prokurorluq: "Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır" HADİSƏ

İqtisadiyyat

20-07-2022, 17:07

Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib

Gündəm

9-03-2023, 23:06

Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? (TƏFƏRRÜAT)

Cəmiyyət

15-08-2022, 17:13

Bakının Tbilisi prospektində təmir işləri aparılır

Cəmiyyət / Ölkə

25-04-2023, 10:30

“Qaçqınkom” Bakı polisinin barəsində axtarış verdiyi şəxsə 615 min manatlıq tender verdi

İqtisadiyyat

22-08-2022, 17:09

Qubadlı - Eyvazlı yolunun tikintisi ilə bağlı son vəziyyət açıqlandı

Araşdırma
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Hadisə
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
9-09-2026, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
Xəbər lenti
  • Dünən, 15:00
    Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib
  • Dünən, 14:00
    Azərbaycan təmsilçisi bu gün "Sea Breeze 2026" beynəlxalq turnirində final oyununa çıxacaq
  • Dünən, 13:00
    Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
  • Dünən, 12:00
    Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
  • Dünən, 11:00
    Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
  • Dünən, 10:30
    Premyer Liqa: Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
  • Dünən, 10:00
    İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var
  • 12-09-2026, 19:21
    Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
  • 12-09-2026, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • 12-09-2026, 17:51
    Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
  • 12-09-2026, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • 12-09-2026, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
  • 12-09-2026, 16:13
    Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
  • 12-09-2026, 16:05
    “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • 12-09-2026, 15:39
    Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
  • 12-09-2026, 15:26
    Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR
  • 12-09-2026, 15:04
    Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
  • 12-09-2026, 12:36
    Sabah 33 dərəcə isti olacaq
  • 12-09-2026, 12:30
    Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
  • 12-09-2026, 11:58
    Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
  • 12-09-2026, 11:47
    Bakının qanını içən ZƏLİ... ZÜLFƏLİ... - FAKT BUDUR!
  • 12-09-2026, 11:26
    Azərbaycan neftinin qiyməti 120 dolları keçib
  • 12-09-2026, 11:13
    "Şəki türməsi"nin rəisi nə işlərlə məşğuldur? - şok İDDİA!
  • 12-09-2026, 10:50
    Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
  • 12-09-2026, 09:42
    Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026, 09:31
    Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
  • 12-09-2026, 09:20
    Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026, 09:04
    "Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
  • 11-09-2026, 22:30
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
  • 11-09-2026, 19:00
    Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
  • 11-09-2026, 18:30
    Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
  • 11-09-2026, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:54
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:45
    “Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə