Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Balakən sakinlərindən 4 odlu silah və narkotik götürülüb - FOTO/VİDEO

12.01.2023 17:23 534 1 dəq oxunur
DİN: Balakən sakinlərindən 4 odlu silah və narkotik götürülüb - FOTO/VİDEO
ULUTV.İNFO xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Sinxron-Mehman Salihov

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

ULUTV.İNFO

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az