Sizin reklam burada 728×90
Son dəqiqə

Sabirabad RPŞ

27.10.2022 23:04 547 1 dəq oxunur
Sabirabad RPŞ
Sabirabad rayonunda yerləşən Heydər Əliyev mərkəzində 300 şagirdin iştirakı ilə görüş keçirilib.
Tədbirdə Polis Akademiyasının və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və 10 məktəblərin pedaqoji heyəti iştirak edib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov, Polis Akademiyasının əməkdaşı, polis baş leytenantı İsmayıl Əmirli, eləcə də digər iştirakçılar gələcəyimiz olan şagirdlərə vətənpərvərlik ruhunda böyümələrinin, gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar. Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Həmçinin baş tutan tədbir zamanı məktəblilərə bəşəriyyəti narahat edən və mənəvi dəyərlərə böyük zərbə vuran narkomaniya haqqında da söhbətlər açılıb, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, zərərli vərdişlərə düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe tutmasının zəruriliyindən danışılıb.
Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

bakunews.az








Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az