Sizin reklam burada 728×90
Son dəqiqə

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

06.03.2025 11:22 495 1 dəq oxunur
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatdırılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az