Sizin reklam burada 728×90
Son dəqiqə

Paytaxtda universitet şəhərciyi salınacaq

08.01.2024 02:52 401 1 dəq oxunur
Paytaxtda universitet şəhərciyi salınacaq
Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq. Bakunews.az “Qafqazinfo” istinadən xəbər verir ki bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.

Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az