Sizin reklam burada 728×90
Son dəqiqə

“İki gözüm aydın, “Avroviziya”da qalib olublar”

22.08.2022 19:11 555 1 dəq oxunur
“İki gözüm aydın, “Avroviziya”da qalib olublar”
Müğənni Əli Mirəliyev daha bir qalmaqallı açıqlaması ilə gündəmə səs salıb.

bakunews.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Nahara az qala" mətbəx şousunda Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənnilər Eldar Qasımov ilə Nigar Camalın ifalarını tənqid edib.

Ə.Mirəliyev hər iki ulduzun oxumağına "ağız büzərək" yerlə bir edib.

"Eldar Qasımovu tanıyıram. Yaxşı oğlandır. Amma ifasını bəyənmirəm. Nigarın da ifasını heç bəyənmirəm. Nə olsun ki, onlar "Avroviziya"da qalib gəliblər. İki gözüm aydın. Gəlsinlər, otursunlar belimdə. Azərbaycan dilində oxusunlar.

Mənim dilimdə, anamın laylasını oxusun. Neynirəm "Avroviziya"nı? Mənə lazımdır ki, o müsabiqə? Oxumağını göstərsin. Janrın buna heç bir dəxlisi yoxdur" - deyə Əli Mirəliyev fikirlərini ifadə edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az