Sizin reklam burada 728×90
Son dəqiqə

"Hüzur axtarsam, özümü sənin yanına park edirəm" - İradə İbrahimova

10.08.2022 13:44 620 1 dəq oxunur
"Hüzur axtarsam, özümü sənin yanına park edirəm" - İradə İbrahimova
"Hər dəfə dönüb geriyə baxdıqda Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Allaha, yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram".

bakunews.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Sənətçi həyat yoldaşı Ceyhun İzərlə fotosunu izləyiciləriylə bölüşərək bunları əlavə edib:

"Birlikdə bizi biri-birimizə bağlayan ürəkağrısı da yaşadıq, qəhqəhəylə də güldük. Amma nə zaman içim sıxılsa, azca hüzur axtarsam, həmin an özümü sənin yanına park edirəm. Bir bütün olaraq baxdığımda həyatım səninlə, övladlarımla, yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın. Bərabər duran diş fırçalarımızı və ürəkdən gələn hüzurlu dua və şükürlərimizi".

Qeyd edək ki, İradə və Ceyhun cütlüyünün iki övladı var.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az