Sizin reklam burada 728×90
Son dəqiqə

Tanınmış aktrisa qəzaya düşdü, evi və maşını yandı - FOTO

06.08.2022 18:51 573 1 dəq oxunur
Tanınmış aktrisa qəzaya düşdü, evi və maşını yandı - FOTO
53 yaşlı aktrisa Enn Heç Los-Ancelesin Mar Vista məhəlləsindən keçərkən idarəetməni itirərək yaşayış binasının qarajına çırpılıb.

bakunews.az axşam.az-a istinadən bildirir ki, yerli sakinlər ona kömək etməyə çalışıb və maşından düşməsini istəyiblər. Aktrisa isə buna məhəl qoymaraq maşını idarə etməyə davam edib. Bu dəfə isə o, yoldan çıxaraq yaxınlıqdakı evə çırpılıb.

Onun maşını sürətlə sürdüyü isə kamerala düşüb. Hətta Ennin spirtli içkidən istifadə etdiyi bildirilib. Dəhşətli qəza həm avtomobilin, həm də binanın alışmasına səbəb olub. 59 nəfərlik yanğınsöndürmə briqadasına yanğını söndürmək və Heçini avtomobildən çıxarmaq üçün bir saatdan çox vaxt lazım olub. Hazırda ağır yanıq xəsarətləri alan aktrisa ağır vəziyyətdə reanimasiyadadır.

Xatırladaq ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az