Sizin reklam burada 728×90
Son dəqiqə

Sabirabad Rayonds sanitariya-gigiyena qaydalarının pozulması hallarını aşkar edilib -

30.06.2023 19:59 474 1 dəq oxunur
Sabirabad Rayonds sanitariya-gigiyena qaydalarının pozulması hallarını aşkar edilib -
Sabirabad rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakunews.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az