• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTOLAR

Siyasət

22-09-2023, 14:47

Dünya mətbuatı son günlər Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən hadisələr, separatçılara qarşı həyata keçirilən antiterror tədbirləri və ondan sonra yaranmış yeni vəziyyəti diqqət mərkəzində saxlamaqda davam edir.

AZƏRTAC xəbər verir ki, “Reuters”, BBC, CNN və digər nüfuzlu media orqanları bu barədə materialları mütəmadi şəkildə yayırlar.

“Reuters” agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təslim olmağa məcbur etdiyini və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də yer verilib və dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın “dəmir yumruq”la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.

CNN-in mövzuya dair yayımladığı məqalədə ildırımsürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təslim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk təmas artıq baş tutub.

Azərbaycan Prezidentinin xalqa müraciətinə də CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində “düşməni layiqincə cəzalandırdığını” və rəsmi Bakının öz suverenliyini “dəmir yumruq”la bərpa etdiyini bildirib:

“...uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir... Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!”

Məqalədə, həmçinin İkinci Qarabağ müharibəsi və ondan sonra regionda gedən proseslər və hazırkı gərginliyədək baş verən hadisələrdən bəhs edilib.

BBC-nin yaydığı xəbərdə də son günlərdə Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ön planda dayanır. Qeyd edilib ki, Azərbaycan Prezidenti separatçı qüvvələrə qarşı həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra ölkəsinin Qarabağ üzərində suverenliyini bərpa etdiyini bəyan edib. Bundan öncə isə Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması və qanunsuz rejimin ləğv edilməsini tələb edərək antiterror tədbirləri həyata keçirib.

“Independent“ nəşrinin yaydığı xəbərdə isə Azərbaycan dövlətinin başçısının antiterror tədbirlərinin Qarabağdakı erməni sakinlərə qarşı deyil, yalnız kriminal separatçılara və onların rəhbərliyinə qarşı aparıldığı fikri əks olunub.

“France24” tərəfindən yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə diqqət ayrılıb. Bir müddət əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Paşinyanın Ermənistan ordusunun döyüşlərə cəlb olunmayacağını elan etməsi diqqətə çatdırılıb. Onun rəhbərlik etdiyi hökumətin Qarabağda yerli ermənilərlə aparılan danışıqlarda iştirak etmədiyi, lakin separatçı qurumun verdiyi qərarları “qeydə aldığı” barədə fikirləri diqqətə çatdırılıb. Həmçinin Qarabağda cərəyan edən son hadisələrin Ermənistanda siyasi təlatüm yaratdığı və paytaxt İrəvanda etiraz aksiyalarının keçirildiyi vurğulanıb.

“Tasnimnews” da separatçıların təslim olmasından sonra Ermənistanda etirazların geniş vüsət almasından yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməməkdə ittiham etməsi, hökumətyönlü etirazçıların isə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərkən Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub:

“...biz bunu qiymətləndiririk. ...dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir”.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

20-09-2023, 09:12

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Dünya

22-09-2023, 12:54

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Gündəm / Hərbi

20-09-2023, 14:10

Separatçılar təslim oldular: Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu

Gündəm / Siyasət

20-09-2023, 09:06

İlham Əliyev Blinkenə antiterror tədbirlərinin məqsədlərini açıqlayıb

Siyasət

20-09-2023, 18:12

Argentina radiosunda Azərbaycanın antiterror tədbirləri ilə bağlı müzakirə aparılıb - VİDEO

Gündəm / Siyasət

21-09-2023, 10:00

İlham Əliyev Makrona: “Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz başa çatacaq”

Gündəm / Siyasət

20-09-2023, 15:31

Qarabağda antiterror tədbirləri: Separatçıların arzuları darmadağın oldu - TƏHLİL

Gündəm

20-09-2023, 09:14

Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO

Gündəm / Hərbi

19-09-2023, 14:43

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Gündəm

19-09-2023, 17:20

Azərbaycanın Müdafiə Nazirliyi brifinq keçirir - CANLI YAYIM

Siyasət

21-09-2023, 12:41

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Siyasət

19-09-2023, 21:18

“Haber Global”: Bakıdan İrəvana “Təslim olun!” mesajı – VİDEO

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Dünən, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Dünən, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə