• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTOLAR

Siyasət

8-02-2023, 12:27

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlament rəhbərinin Misirə səfərindən məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik dövrünə diqqət yetirən Hanafi Gibali ötən müddət ərzində əldə olunmuş nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvarında Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.

İki ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olmasına diqqət çəkən Hanafi Gibali bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Palata sədri bildirib ki, hər iki parlamentdəki dostluq qruplarının əməkdaşlığı bu baxımdan xüsusən faydalı olacaqdır.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə toxunan Hanafi Gibali Azərbaycanın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü və bu çərçivədə gördüyü işləri yüksək qiymətləndirib. O, Misir parlamentinin özünü Parlament Şəbəkəsinin bir hissəsi kimi gördüyünü və Şəbəkə çərçivəsində işbirliyini daha da gücləndirməyə tam hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Onun sözlərinə görə, münasibətlərimizin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlər vacib əhəmiyyətə malikdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari il yanvarın 27-28-də Azərbaycana işgüzar səfərləri Misir-Azərbaycan münasibətləri tarixində mühüm rola malikdir.

Bu gün ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən Sahibə Qafarova, həmçinin bildirib ki, Azərbaycanla Misirin beynəlxalq təşkilatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyəti, qarşılıqlı dəstəyi də məmnunluq doğurur.
Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. Bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, görüşləri bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, dostluq qrupları öz fəaliyyətləri ilə parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Həmçinin qeyd olunub ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları - Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı çərçivəsində də yaxşı əməkdaşlıq təcrübəsi var. Yeni yaranmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi də birgə səylərimizlə parlamentlərarası əməkdaşlığın səmərəli platformasına çevriləcək. Sahibə Qafarova qeyd edib ki, dostluq qruplarımızın qarşılıqlı səfərləri, müvafiq komitələrin təcrübə mübadiləsi, əməkdaşlığı ilə parlamentlərimiz arasında əlaqələri daha da gücləndirə bilərik.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin artıq öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb. Təəssüf ki, həmin ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edilib, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu da Ermənistanın islamofob mahiyyətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və 5 əsas prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Sahibə Qafarova deyib ki, Ermənistan sülhə maneə yaradan destruktiv davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

F.Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

29-06-2022, 20:39

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Siyasət

31-01-2023, 19:49

Diasporumuz Misirin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirib

Siyasət

13-07-2022, 02:37

Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində İcmalar Palatasının sədri ilə görüşüb - FOTO

Cəmiyyət

6-09-2022, 17:42

Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edəcək

Siyasət

18-02-2023, 20:19

Misir mediası Azərbaycan diasporu rəhbərinin müsahibəsini yayıb

Cəmiyyət

8-02-2023, 14:57

Azərbaycan parlamentinin sədri ölkəmizin Misirdəki səfirliyində olub

Dünya

3-08-2022, 14:14

“Pelosinin Tayvana səfəri qıcıq yaradır” - Lavrov

Siyasət

21-08-2022, 15:32

Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib

Siyasət

26-07-2022, 00:20

Ceyhun Bayramov Misir rəsmisi ilə görüşdü - FOTO

İqtisadiyyat

1-03-2023, 21:34

Meksika nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub - FOTO

Siyasət

23-07-2022, 11:38

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

İqtisadiyyat

17-09-2022, 19:08

Azərbaycan və Türkiyə biznes dairələri arasında əməkdaşlığın inkişafı müzakirə edilib

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Dünən, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Dünən, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Dünən, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Dünən, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Dünən, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Dünən, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Dünən, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Dünən, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Dünən, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Dünən, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Dünən, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Dünən, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Dünən, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Dünən, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Dünən, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Dünən, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Dünən, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Dünən, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Dünən, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Dünən, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Dünən, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Dünən, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Dünən, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Dünən, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Dünən, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Dünən, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Dünən, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Dünən, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Dünən, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • 1-10-2026, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • 1-10-2026, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə