Sizin reklam burada 728×90
Son dəqiqə

Laçın şəhərindən yeni görüntülər - FOTOlar

01.09.2022 10:30 573 1 dəq oxunur
Laçın şəhərindən yeni görüntülər - FOTOlar
Bu gün yerli media nümayəndələri Laçın şəhərinə səfər ediblər.


bakunews.az trend-ə istinadən bildirir ki, digər işğaldan azad olunmuş şəhərlərimiz kimi Laçın şəhəri də işğal dövründə dağıntılara məruz qalıb.

Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri əraziləri minalardan təmizləyir, hərbi polis şəhərdə xidmət aparır.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

bakunews.az

Məqaləyə dair fotomateriallar:









Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az