• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İstənilən təxribat Ermənistana baha başa gələcək

Siyasət

15-08-2022, 16:44

Prezident İlham Əliyev İsmayıllıda Azərbaycan Televiziyasına verdiyi müsahibədə son günlər Qarabağda baş verən düşmən təxribatı, işğaldan azad edilmiş torpaqlarda görülən yenidənqurma işləri, "Qisas" əməliyyatı və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verdi. Dövlət başçısı həmçinin Qarabağda yaşayan ermənilərə çıxış yolu göstərib, Ermənistan rəhbərliyinə kəskin xəbərdarlığını ünvanladı.

İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman şəhidinin qanını yerdə qoymayıb və son "Qisas" əməliyyatı da bunu bir daha təsdiqlədi. Əgər düşmən növbəti təxribata əl atsa, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək.

Ermənilər sülhün tezliklə bərqərar olunması istiqamətində addımlar atmalıdırlar

Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığından həm Ermənistan rəhbərliyi, həm revanşist qüvvələr, həm də Qarabağda yaşayan ermənilər dərs almalıdırlar. Əks təqdirdə Azərbaycan öz gücünə istədiyi məsələni həll edəcəkdir.

Azərbaycan Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyinə zəmanət verir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd edir ki, Prezidentin müsahibəsində xəbərdarlıq notları ilə yanaşı, sülh, qayıdış və reinteqrasiya məsələləri də var.

Deputat qeyd etdi ki, avqustun 3-də aparılan "Qisas" əməliyyatında əsl niyyət sülhdür, eyni zamanda burada şəhidimizin intiqamının alınması da var idi. Bütün bu əməliyyat strateji məqsədlərə çatılması üçün idi ki, onların da nədən ibarət olduğu heç kimə sirr deyil: "Biz istəyirik ki, regionda dayanıqlı sülh yaransın. Dayanıqlı sülhün yaranması üçün də Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələrin varlığına son qoyulmalı, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əks halda nə baş verə biləcəyini artıq avqustun 3-də "dəmir yumruğ"un təsirini unudanlar təkrar görməli oldular".

Sahib Alıyev deyir ki, Prezidentin müsahibəsində ən çox diqqət yetirilməli iki məqam var. Onlardan biri odur ki, Qarabağda yaşayan Rusiyanın hərbi kontingentinin müvəqqəti nəzarəti altında olanlar artıq Ermənistanın onların təhlükəsizlik və hüquqlarını təmin edə bilmədiklərini görürlər.

Yeni Laçın yolunu salan soydaşlarımızla ətraf kəndlərdə yaşayan ermənilərin ünsiyyətinə toxunan dövlət başçısı qeyd etdi ki, onlar bizim yol çəkənlərə - inşaatçılara təşəkkürlərini bildirib kömək təklif ediblər. Bu isə ikinci məqamdır. Prezident vurğuladı ki, Rusiya hərbi kontingenti ilk günlər kimisə qorumaq üçün orada idilər, lakin sonra ehtiyac olmadığını görərək çıxıb gediblər.

Deputat vurğulayır ki, bu, son dərəcə önəmli məqamdır: "Bu açıqlama yaxın gələcəkdə həm Qarabağda, həm də Şərqi Zəngəzurda proseslərin hansı yöndə gedəcəyinə aydınlıq gətirir. Bu göstərir ki, yeni yol gediş-gəliş yolundan daha çox gediş yolu olacaq. Bu yol separatçı rejimin başında duranlar, Ermənistanın tör-töküntüləri, eyni zamanda oradakı hərbi kontingent üçün gediş yolu olacaq. Digər hay kökənlər isə, yəni o adamlar ki, dədə-babaları Azərbaycan torpaqlarında yaşayıb, onlar yenə də qalıb yaşaya bilərlər, amma başqa Azərbaycan vətəndaşları necədirsə, elə də yaşayacaqlar. Onlar üçün heç bir üstünlük tanınmayacaq. Tanına da bilməz. Əgər indiki kimi hüquqsuz, təhlükə altında yaşamaq istəmirlərsə, onda tezliklə separatçı ünsürlərə qarşı özləri dirəniş göstərməlidirlər. O liderlər ki, hüquq və təhlükəsizliklərindən dəm vurur, əslində ermənilərin hazırkı durumlarına səbəbkar onlardır. Azərbaycan onların təhlükəsizliyinə zəmanət verir. Onlar gərək ağılla hərəkət edərək bunu düzgün qiymətləndirələr".

Əzəli torpaqlarımıza dönürük

Prezidentin vurğuladığı kimi, bu hadisələrin önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil.

Biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Biz Laçına, Zabuxa qayıtmalıyıq. Dövlət başçısı bu istiqamətdə "Qaçqınkom"a göstəriş verdiyini, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlamalarını və onların yaxın zamanlarda öz doğma yerlərinə qaytarılacağını vurğulayıb. Bu gün Böyük qayıdış üçün işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə gedir. Bu isə o günlərin heç də uzaqda olmadığından xəbər verir.

Azərbaycan Prezidenti humanizm nümayiş etdirərək bir daha Ermənistana çıxış yolu göstərir, bu ölkəni sülhə dəvət edir. Prezident bildirib ki, prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

13-08-2022, 13:52

Yeganə humanitar yol Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza

Siyasət

12-08-2022, 18:43

Əliyev: Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

Siyasət

20-08-2022, 01:38

Prezident İlham Əliyev bölgələrdə yeni reallığın memarıdır

Siyasət

23-04-2023, 19:19

Jalə Əhmədova: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi”

Cəmiyyət

7-08-2022, 15:29

Erməni sülhməramlı prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Gündəm

4-08-2022, 12:18

Paşinyan Nazirlər Kabinetini topladı: "Qarabağda vəziyyət son dərəcə gərgindir"

Gündəm

4-08-2022, 19:44

Qazaxın 7 kəndi: “QİSAS”dan sonra ermənilər Tavuşdan qaçır

Siyasət

12-08-2022, 19:02

Prezidentdən göstəriş: Zabuxa böyük qayıdış başlayır

Cəmiyyət

6-08-2022, 14:46

İsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

Cəmiyyət

26-04-2023, 01:55

Fidan Hüseynova: Səbrimiz tükənməz deyil

Siyasət

13-08-2022, 12:41

Ermənistan üçün hekayənin SONU - Xankəndinə YOL AÇILIR

Cəmiyyət

13-08-2022, 14:43

Addım-addım və qətiyyətlə - Laçın şəhəri təmizləndikdən sonra növbə Qarabağındır

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə