Sizin reklam burada 728×90
Son dəqiqə

“Laçından sonra Xankəndi də boşaldılacaq” – Şok iddia

11.08.2022 20:20 581 1 dəq oxunur
“Laçından sonra Xankəndi də boşaldılacaq” – Şok iddia
"Laçın şəhəri və Zabux kəndindəki ermənilərin çıxarılması Ermənistan dövləti səviyyəsində təşkil olunub".

bakunews.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşri aidiyyəti dövlət qurumlarına məxsus avtomobil və maşınların bütün günü yük daşıdıqlarını bildirib:

"Ailələrin çoxu Ermənistana, bəziləri isə Qarabağın digər ərazilərinə köçüb. Xankəndində bizə dedilər ki, Laçındakı ermənilərin yalnız 10-15 faizi Qarabağda qalmaq istəyini bildirib. Laçın və Qarabağın boşaldılması tapşırığının Nikol Paşinyandan gəldiyinə artıq şübhə yoxdur. Əks halda, çıxarılanlar Qarabağa köçürülməli idi, onlara seçim verilməzdi: Ermənistan, yoxsa Qarabağ.

Bu insanlar Ermənistana köçməyə üstünlük verirlər, çünki onlar düşünürlər ki, Xankəndi və Qarabağın digər yaşayış məntəqələri də nə vaxtsa Paşinyanın qərarı ilə boşaldılacaq".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az