• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyanın "Qarabağ kartı": Ermənistanın Baş naziri rəqiblərini tarixin arxivinə göndərir - ŞƏRH

Siyasət

3-12-2025, 18:11

Ermənistanda daxili siyasi gərginlik pik həddinə çatıb. Baş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə uyğun davranması qonşu ölkədəki revanşist qüvvələri və onların xaricdəki havadarlarını rahat buraxmır. Ermənistan cəmiyyəti sülhün onlar üçün açdığı perspektivləri dərk etdikcə, revanş tərəfdarları özlərinin siyasi sonunun yaxınlaşdığını daha aydın görür və bu səbəbdən bir az da aqressivləşirlər.

2026-cı il parlament seçkiləri yaxınlaşdıqca onsuz da zəif olan mövqelərini daha da itirən müharibə tərəfdarları yenidən Qarabağ kartına müraciət edir və son arqument olaraq baş nazir Nikol Paşinyanın "kapitulyant", "xəyanətkar" obrazını gündəmdə saxlamağa çalışırlar. Lakin N. Paşinyan da bu həmlələri cavabsız qoymur. O, müharibədə özünün deyil, elə həmin revanşistlərin, yəni ona qədər ölkəni idarə etmiş Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarqsyanın məğlub olduğunu sübut etməyə çalışır.

Elə bu səbəbdən də N. Paşinyan söz verdiyi kimi "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri"ni dərc edib. Doğrudur, söhbət keçmişdən getsə də, məxfi sənədlərin açıqlanması diplomatik etika baxımından Azərbaycanla da razılaşdırılmalı idi. Lakin erməni baş nazirin diplomatdan daha çox sosial media fenomeni olduğunu nəzərə alsaq, onun diplomatik etika və hüquqi qaydalardan kənar davranışını anlamaq çətin olmaz. Rəsmi Bakının N. Paşinyanın bu davranışına loyal münasibət göstərməsi isə Azərbaycanın açıqlanan sənədlərdən narahat olmamasından xəbər verir.

Hər bir halda görünən odur ki, Ermənistan hakimiyyəti Qarabağ kartından yararlanmağa çalışan siyasi rəqiblərini elə həmin kartla vurmaq qərarına gəlib. Açıqlanmış 13 sənəd 1992-2020-ci illər arasında beynəlxalq təşkilatçıların və vasitəçi dövlətlərin iştirakı ilə aparılmış danışıqları və müzakirə edilmiş həll variantlarını əhatə edir.

Paşinyanın "Qarabağ kartı": Ermənistanın Baş naziri rəqiblərini tarixin arxivinə göndərir - ŞƏRH

Danışıqlar prosesində rol almış beynəlxalq aktorların əksəriyyətinin həmişə ikili standartlardan və daha çox öz maraqlarından çıxış etdiyini, nəzərə alsaq, verilmiş təkliflərin hamısının ədalətli olduğunu gözləmək sadəlövhlük olardı. Beynəlxalq birlik məsələyə ədalətli yanaşsaydı, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmazdı. Bu səbəbdən "balanslı" yanaşma adı altında müxtəlif həll variantları irəli sürülürdü ki, onların da arasında daha çox eşitdiklərimiz münaqişənin paket şəklində nizamlanması, mərhələli həll və işğalı altında olan rayonların 5+2 prinsipi ilə qaytarılması formulaları idi.

Variantlardan biri də "Qarabağ"ın qarşılığında Ermənistanın Meğri rayonunun Azərbaycana verilməsi idi ki, bu da dünya siyasətinin nəhəngi Heydər Əliyevin sovet əyalət "partiyaçısı" Robet Köçəryana keçdiyi dərslə nəticələnmişdi. Ermənistan rəhbərliyinin Meğri variantını müzakirə etməsi söhbətin əslində "Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını həll etmək istəyi"ndən deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından getdiyini təsdiqləmiş oldu. Bununla da, erməni tərəfinin Qarabağda yaratdığı separatçı rejimi danışıqlarda saxlamaq cəhdləri heçə endi və artıq beynəlxalq müstəvidə münaqişə tərəfləri kimi birmənalı olaraq Ermənistan və Azərbaycan qəbul edildi.

Yeri gəlmişkən, bu gün Ermənistan müxalifətinin liderlərindən sayılan Robert Köçəryanın ölkəsinə rəhbərlik etdiyi 2006-cı ildə Fransanın Rambuye qəsrində İlham Əliyevlə görüşü tualetə getmək adı ilə yarımçıq qoyub qaçması da siyasi çevrələrdə uzun illər müzakirə mövzusu oldu.

Azərbaycanın heç bir halda Qarabağdan imtina etməyəcəyini görən beynəlxalq güclər ən müxtəlif adlar altında "kompromis" variantlar irəli sürür, onların qəbul edilməsi üçün rəsmi Bakıya təzyiq göstərməyə davam edirdilər.

Belə cəhdlərdən biri də 2011-ci ildə Rusiyanın Kazan şəhərində edilmişdi. O zaman Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına zidd təklifləri rədd etməsi görüşün ev sahiblərində qıcıq doğurmuşdu. Moskva və İrəvan uzun müddət "Kazan" prinsiplərini gündəmdə saxlamağa çalışsalar da, rəsmi Bakı öz mövqeyindən geri çəkilməmişdi.

O zaman öz cəmiyyətini yalan vədlərlə ümidləndirən Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti baş verənləri öz xalqı ilə səmimi bölüşürdü. İlham Əliyev dəfələrlə bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermir.



Təbii ki, Azərbaycan rəhbərliyi vasitəçi üçlüyə daxil olan ölkələrin hamısının qatı ermənipərəst mövqedən olmasa da, ən yaxşı halda ikili standartlardan çıxış etdiyini anlayırdı. Vasitəçi dövlətlərdən biri Azərbaycan torpaqları Ermənistanın işğala məruz qaldığı bir dövrdə bədnam 907-ci düzəlişlə Bakını cəzalandırmaq istəyən ABŞ, digəri Ermənistanı durmadan təmənnasız silahlandıran Rusiya, üçüncüsü isə İrəvanı siyasi himayəsinə götürmüş Fransa idi.

Bəs belə olan halda Azərbaycan nə üçün danışıqlardan imtina etmirdi?

Əvvəla, rəsmi Bakı yaranmış vəziyyətdə eyni vaxtda həm torpaqları qaytarmağın, həm Qarabağda separatçılığın kökünü kəsməyin qeyri-mümkün olduğunu bilirdi. Bu səbəbdən təklif edilən formulların içindən mərhələli plan ətrafında müzakirələri davam etdirirdi.

İkincisi, Azərbaycanın danışıqlardan imtina etməsi ona qarşı beynəlxalq təzyiqlərin güclənməsinə gətirib çıxarardı. Bu isə ən müxtəlif beynəlxalq platformalarda münaqişəyə ədalətli qiymətin verilməsini, milli maraqlarımıza uyğun qətnamə və qərarların qəbulunu çətinləşdirər, bəlkə də mümkünsüz edərdi.

Nəhayət, Ermənistan və ona havadarlıq edən beynəlxalq vasitəçilər Bakını işğalın nəticələri ilə barışdırmaq üçün vaxt udmağa çalışsalar da, zaman Azərbaycanın xeyrinə işləyirdi. Qonşulara qarşı ərazi iddiaları səbəbindən iqtisadi dalana çevrilmiş və ianələr hesabına dolanan Ermənistandan fərqli olaraq, Azərbaycan regional və qlobal miqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir, iqtisadi imkanlarını, hərbi-siyasi gücünün artmasına transformasiya etdirirdi. Son hədəf isə ərazi bütövlüyü və dövlət suverenliyinin tam təmin edilməsi idi.

Artıq Bakının iştirakı olmadan heç bir regional layihənin reallaşdırılması mümkün deyildi. Üstəlik, qlobal güclər arasında getdikcə artan qarşıdurma fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına, beynəlxalq nəqliyyat-logistika həllidici söz sahibinə çevrilirdi.

Elə N. Paşinyanın açıqladığı sənədlərdən biri də bunu bir daha təsdiqləyir.

Sənəddə Ermənistanın ozamankı başçısı Serj Sarqsyan 2016-cı il aprel döyüşlərində yaşadıqları məyusluqdan sonra rusiyalı həmkarı Vladimir Putinə ünvanlandığı məktubda Azərbaycanın hərbi gücü qarşısında aciz qaldıqlarını etiraf edir. O, Rusiya Prezidentinə şikayət edir ki, erməni tərəfi hiss olunacaq güzəştlərə getməyə hazır olsa da, Bakı heç bir qarşılıqlı güzəştə getmək istəmir. Onun sözlərinə görə əvvəllər danışıqlarda "balanslı" yanaşma hiss olunsa da, indi dialoq Azərbaycanın təklif etdiyi "əvvəl torpaqlar – sonra digər məsələlər" formulu ətrafında aparılır. Bununla, S. Sarqsyan faktiki olaraq, sülh danışıqlarında "ərazi bütövlüyü" məsələsini müzakirə edərkən qeyri-səmimidirlər və atdıqları bütün addımlar manipulyasiya xarakteri daşıyır.

Beləliklə, bölgədə güc nisbəti Azərbaycanın xeyrinə dəyişir və Ermənistanın münaqişədə məğlubiyyətini qaçılmaz edirdi. İndi lazım olan uyğun zaman və beynəlxalq şəraitin seçilməsi idi ki, bunun da vaxtını Prezident İlham Əliyev dəqiqliklə müəyyən etdi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini heç bir kənar dəstək olmadan, öz gücü hesabına həyata keçirdi, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. 28 il danışıqların imitasiyası ilə məşğul olmuş ATƏT-in Minsk qrupu isə ötən gün N. Paşinyanın dərc etdiyi sənədlərlə birlikdə tarixin arxivinə göndərildi.

(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

1-03-2025, 13:39

Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Siyasət

4-01-2025, 16:43

“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

19-05-2025, 17:42

Qərblə Rusiya arasında qalan Ermənistan - Köçəryanın revanşist həmlələri - ŞƏRH

Siyasət

16-04-2025, 15:59

Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH

Gündəm / Siyasət

7-01-2025, 14:14

Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Siyasət

23-10-2025, 18:31

Koçaryan–Sarkisyan cütlüyünün son oyunu: revanşistlərin sülhə qarşı dirənişi – TƏHLİL

Gündəm / Siyasət

11-12-2024, 14:49

Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Xəbər lenti
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Dünən, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Dünən, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • 7-08-2026, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • 7-08-2026, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə