• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

Siyasət

29-09-2025, 08:35

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə BMT Baş Assambleyasının 80-ci sessiyasının nəticələri ilə bağlı məsələlərə münasibət bildirib. Partiya yetkililəri dövlət başçısı İ.Əliyevin sessiyada etdiyi çıxışın, 30 il icrasız qalan BMT qətnamələrinin sonda dövlətimizin öz gücü ilə həllini tapması, bundan sonrakı dövr ərzində sülh sazişinin bağlanması istiqamətində göstərdiyi ciddi səylərin davam etməsi barədə səsləndirdiyi bəyanatların Azərbaycanın milli və dövlət maraqlarına xidmət etməsi baxımdan təqdirə layiq olduğunu qeyd etməklə yanaşı, bu qurumun artıq beynəlxalq problemlərin, qanlı münaqişələrin həllində aciz qaldığını diqqətə çatdırıb və yeni dünya düzəninə uyğun daha mükəmməl, daha çevik beynəlxalq bir qurumun yaradılmasına ehtiyac duyulduğunu qeyd edib.
İdarə Heyəti son vaxtlar sosial şəbəkələrdə separatizm meyillərinin təşviqi ilə bağlı materialların gündəmə gəlməsindən, etnik separatist meyillərin təzədən qızışdırılmasından, qardas Türkiyə ilə Azərbaycan arasında ədavətin körüklənməsinə xidmət edən məqsədyönlü və təxribat xarakterli məlumatların tirajlanmasından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarını düşmən dövlətlərin əli ilə yayımlanan bu cür pozucu hallara qarşı ayıq-sayıq olmağa və əks təbliğat işini gücləndirməyə səsləyib.

İdarə Heyəti 28 sentyabr Anım günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində, eləcə də bundan əvvəl və sonrakı dövrdə həlak olan hərbçi və mülki vətəndaşlarımızın şəhadətə qovuşmasını dərin hüznlə yad edib, onların ailələrinə, bütövlükdə Azərbaycan xalqına başsağlığı ünvanlayıb. Qeyd olunub ki, dövlət şəhid olan övladlarını, qazilərini heç vaxt unutmamalı, onların Azərbaycan xalqının müstəqilliyi, suverenliyi uğrunda apardığı qəhrəmanlıq nümunələrini dərsliklərdə, bədii əsərlərdə, filimlərdə təcəssüm etdirməli və onların ruhunun şad olması üçün cəmiyyətimizin rifah halında yaşaması, sosial-iqtisadi həyatının yaxşılaşdırılması, insan hüquq və azadlıqları ilə təmin olunması üçün effektli tədbirlər görməlidir.

İdarə Heyəti son vaxtlar güclü yağıntılar nəticəsində bərpa-quruculuq işlərinin aparıldığı işğaldan azad edilən ərazilərimizdə bir neçə yaşayış məntəqəsinin, tikilən körpülərin, çəkilən yolların sel altında qalması faktına diqqət çəkib və bu tikintilər üçün kifayət qədər maliyyə vəsaiti ayrılmasına baxmayaraq, ayrı-ayrı sifarişçi təşkilatlar, tender qalibləri tərəfindən mənimsəmələr, aparılan yararsız işlər nəticəsində böyük dağıntılar baş verməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyət yetkililərini bu sahəyə məsul şəxslərin cəzalandırılmasına çağırıb.

İdarə Heyəti ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə münasibət bildirib və bu tədbirin ictimai nəqliyyat xidmətinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi, yeni metro stansiyalarının salınması, daha müasir tələblərə cavab verən vaqonların alınması məqsədi ilə həyata keçirilməsini qeyd etməklə, aşağı əməkhaqqı şəraitində bu artımların əhalinin aztəminatlı hissəsinin güzəranına mənfi təsir göstərməsindən narahat olduğunu bildirib. İdarə Heyəti istər istehlak bazarında müşahidə olunan kəskin qiymət artımı, istərsə də ictimai nəqliyyatda gediş haqqının artırılması müqabilində dövlətin minimum əməkhaqqı məbləğinin artırmasına, az təminatlı ailələrə bu və ya digər formada sosial yardım edilməsinə doğru addımlar atmasının vacibliyini xüsusi qeyd edib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

27-01-2025, 17:50

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

Siyasət

17-03-2025, 19:08

ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Cəmiyyət / Sosial

28-07-2023, 10:35

Təhlil edilməli və nəticə çıxarılmalıdır!

Cəmiyyət

19-11-2024, 10:06

Rəsmi Bakı: İtkin düşmüş şəxslərin məsələsinin həllini tapması istiqamətində səylər davam etdiriləcək

Cəmiyyət

12-08-2022, 15:13

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

Cəmiyyət

9-11-2023, 13:13

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib - FOTO

Siyasət

15-05-2024, 21:09

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Cəmiyyət

29-08-2022, 13:02

Yaxın günlərdə Mətbuat Şurasına yeni sədr seçiləcək

Siyasət

10-07-2023, 15:13

Növbəti diplomatik nailiyyət

İqtisadiyyat

5-06-2023, 00:24

Zakir İbrahimov Pakistanın nümayəndə heyəti ilə görüşüb

Gündəm / Siyasət

6-09-2024, 12:48

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”

Cəmiyyət

15-04-2025, 15:41

Sahil Babayev onu vəzifədən kənarlaşdırdı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Xəbər lenti
  • Bu gün, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • Bu gün, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • Bu gün, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • Bu gün, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • Bu gün, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • Bu gün, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • Bu gün, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • Bu gün, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Bu gün, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Bu gün, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Bu gün, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə