• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

Siyasət

27-01-2025, 17:50

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ötən həftə İmişli rayonunda baş verən avtoqəza nəticəsində 3 məktəbli qızın həlak olmasından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarını baş verən hadisənin şəffaf aparılmasına, günahkarların cəzalandırılmasına çağırış etməklə yanaşı emosional halda olan qanun pozuntusuna yol vermiş gənclərin barələrində həbs qətimkan tədbiri görülərək onların azadlıqdan məhrum edilməsini, polis idarələrində onlara qarşı zor tətbiq edilməsini pisləyib və barələrində çıxarılan məhkəmə hökmlərinin dəyişdirilməsini zəruri hesab ediblər.

İdarə Heyəti son vaxtlar orduda qeyri-döyüş şəraitində bir neçə əsgərimizin vəfat etməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında hərbi nizam-intizamın zəifləməsi, bəzi zabitlərin hələ də təcrübə toplamamış əsgərlərlə rəftarında kobud səhvlərə yol verilməsi, ordumuzda zamanın tələblərinə uyğun ciddi dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra yüksək rütbəli zabitlərin köhnə qaydalardan əl çəkməməsi hallarının durduğunu qeyd edib və Müdafiə Nazirliyini orduda nizam-intizamın möhkəmləndirilməsi istiqamətində səylərini artırmağa, əsgər ölümlərinə səbəb olan şəxslərin cəzalandırılmasına çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya Azərbaycan münasibətlərində gərginliklər yaşanması, Rusiyanın rəsmi dairələrindən tutmuş media resurslarına qədər bütün instansiyalarda Azərbaycana qarşı qara piar kampaniyası aparması faktından narahatlığını ifadə edib və baş verənlərin heç də təsadüfü olmadığını, əksinə Rusiyanın zaman-zaman ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə yönəlik imperial iddialarından irəli gəldiyini qeyd edib.
Azərbaycanın Rusiya ilə münasibətlərində beynəlxalq hüquq normalaına söykənən qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verməsinə baxmayaraq adı çəkilən ölkənin mütəmadi olaraq ölkəmizə qarşı imperiya təfəkkürü ilə yanaşması, ölkəmizin 44 günlük Vətən müharibəsindən sonra suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsi Putin Rusiyasının iki ölkə arasında əldə edilən razılaşmalara, xüsusilə 22 fevral 2022-ci il tarixində Azərbaycan və Rusiya dövləti arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməyə zidd mövqe tutduğunu ortaya qoyur. İdarə Heyəti ikili münasibətlərdə hakimiyyətin bu faktorları nəzərə almağa, xarici siyasət prioritetlərində ölkəmizi hər zaman təhdid altında saxlamağa cəhd edən Rusiya ilə deyil, Qərb alyansına inteqrasiya olunmağa üstünlük verməyə çağırıb.

İdaraə Heyəti Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib və bu seçkilərin azad, demokratik ədalətli keçirilmədiyindən, Lukaşenko diktaturasına uyğun aparılmasından dolayı seçicilərin əksəriyyətinin seçki hüququnun pozulmasından narahat olduğunu qeyd edib və bu cür seçkilərin antidemokratik mahiyyət daşıdığını diqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin iki qardaş ölkənin milli maraqlarına uyğun davam etdirilməsini, hərbi, siyasi, iqtisadi sahədə əməkdaşlığın yeni mərhələyə daxil olmasından, ordu sistemimizin NATO ölkəsi olan Türkiyə təcrübəsinə uyğun qurulmasından, Suriya ilə bağlı siyasətdə birgə mövqe nümayiş etdirməsindən, beynəlxalq təhdidləri dəf etmədə yekdillik göstərməsindən məmnunluğunu ifadə edib və hakimiyyəti bundan sonrakı siyasətində də həmin xətti dah da inkişaf etdirməyə səsləyib.

İdarə Heyəti ölkə prezidentinin Davos iqtisadi forumunda iştirakını, bu forum zamanı ayrı-ayrı ölkə və şirkət sahibləri ilə keçirdiyi görüşlərini, ölkəmizin iqtisadi maraqlarının qorunması istiqamətində göstərdiyi təşəbbüsləri təqdir edib və beynəlxalq səviyyəli belə bir iqtisadi forumda təmsil olunmanın dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar İranla Azərbaycan arasında qarşı tərəfin qonşuluq əlaqələrinə sığmayan hərəkətləri, sərsəm bəyanatları, təhdidləri nəticəsində münasibətlərin pozulmasından narahat olduğunu və Tehrandan idarə olunan bu hadisələrin Kremlin son vaxtlar ölkəmizə qarşı başlatdığı qaralama kampaniyası ilə eyni vaxtda baş verdiyini bildirib və İran yetkililərini ölkələrimiz arasında tarixən movcud olan sağlam münasibətləri qorumağa, təhdidlərdən, yersiz iddialardan əl çəkib hər iki ölkənin qarşlıqlı maraqlarına, iqtisadi, siyasi, mədəni əlaqələrinin inkişafına xidmət edən tövr sərgiləməyə çağırıb.

İdarə Heyəti Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında yaranmış soyuq münasibətlərin D.Trampın prezidentliyi dövründə aradan qaldırılması istiqamətində ölkə başçısı tərəfindən verilən mesajların ümidverici olduğunu bildirib və hakimiyyəti dünyanın super gücü olan bu ölkə ilə münasibətlərində yeni bir mərhələ başlatmağa, ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin regiondakı maraqları ilə uzlaşan siyasət izləməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasından, ölkə əhalisinin iqtisadi durumunun çətinləşməsindən, zəruri təlabat mallarının qiymətinin sürətlə artmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti süni qiymət artımını, dövlətin iqtisadi gücünü sarsıdan rüşvət, korrupsiya, monopoliya faktlarının aradan qaldırılması istiqamətində addımlar atmağa, ölkə vətəndaşlarının sosial rifahını təmin etmək üçün iqtisadi islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Bakı Metropoliteni də daxil olmaqla bir sıra dövlət təşkilatlarında Hesablama Palatasının apardığı audit yoxlamaları zamanı külli miqdarda yeyintilərin aşkar olması faktına diqqət çəkib. Partiya yetkililəri dövlət resurslarının dağıdılmasına, mənimsənilməsinə xidmət edən bu cür yeyintilərin aşkarlanması, yüksək ranqlı məmurların məsuliyyətə cəlb edilməsi faktını təqdir etməklə, Hesablama Palatasının bu yeyintilərin qarşısını cari yoxlamalarda deyil, on illər keçdikdən, külli miqdarda mənimsəmə faktı baş verdikdən sonra yoxlama aparmasını sorğulayıb. Partiya yetkililəri bu yoxlamaların növbəti hədəfinin Hesablama Palatası, Vergilər və Maliyyə Nazirliyi olmasına diqqət çəkib və hakimiyyəti külli miqdarda yeyintilərə göz yuman bu nazirliklərdə yoxlama nəzarət işini gücləndirməyə çağırıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-05-2024, 21:09

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

İqtisadiyyat

18-11-2024, 18:41

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Gündəm / Dünya

1-04-2024, 18:12

Ərdoğan partiyasının Mərkəzi İdarə Heyətini toplayır - Gündəm seçkidir

Hadisə

12-09-2022, 21:15

Zaqatalada kobud qayda pozuntularına yol verən sürücülər müəyyən olunub

Kriminal

3-10-2023, 19:39

Alimpaşa Məmmədovun məhkəmə prosesi təxirə salındı

Kriminal

26-09-2023, 20:09

Prokuror keçmiş icra başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Ölkə

2-10-2023, 11:39

2 milyonluq dələduzluq edən keçmiş polisə HÖKM OXUNDU

Cəmiyyət

3-02-2023, 19:46

DİN: Saatlıda maarifləndirmə tədbiri keçirilib

Bölgə

1-12-2022, 13:28

İmişlidə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTOLAR

Cəmiyyət

17-07-2024, 09:40

YAP-ın İdarə Heyəti toplanır - Yenilənir

Hərbi

1-04-2023, 22:08

Müdafiə naziri Zakir Həsənov müşavirə keçirdi

Gündəm / Olay

21-06-2023, 13:50

Hər kəs onu qınayacaq - Komitə sədrindən Gədəbəydəki insidentə MÜNASİBƏT

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Xəbər lenti
  • Bu gün, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • Bu gün, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • Bu gün, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • Bu gün, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • Bu gün, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • Bu gün, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • Bu gün, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • Bu gün, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Bu gün, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Bu gün, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Bu gün, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə