• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı - ANALİZ

Siyasət

15-07-2024, 16:15

İran Azərbaycana daim Ermənistan vasitəsi ilə təzyiqlər edib.

Xüsusən, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Tehran özünü çaşqın apardı. Rəsmi Bakı ilə davranışını müəyyən etməkdə çətinlik çəkdi. Hakimiyyətin aparıcı fiqurlarından sayılan, Sepahın keçmiş komandanı, dəfələrlə prezidentliyə namizəd Möhsün Rezai “Qarabağda ermənilərə muxtariyyətin verilməsi” kimi cəfəng fikirlər söyləməklə Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmişdi. İranın Ermənistandakı səfirləri də ölkənin xarici siyasi kursunun icraçıları olduqlarından anti-Azərbaycan çıxışları ilə yadda qalıblar.

İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı - ANALİZ

Bu günlərdə Tehranın İrəvandakı səfiri Mehdi Sübhani “Radio Azatutyun”a (“Azadlıq” radiosunun ermənicə redaksiyası-red.) müsahibəsində təmsil etdiyi hakimiyyətin ermənilərlə bağlı niyyətlərini, Azərbaycana qarışı dost olmayan münasibətini gizlətməyib. O, Azərbaycan Respublikası ilə münasibətlərin bərpasına çalışan İranın diplomatı kimi deyil, Rusiyayönlü Ermənistan müxalifətinin nümayəndəsi, Fransa prezidenti Emmanuel Makronun təmsilçisi və anti-Azərbaycan fransız siyasətçilər kimi edib. O, bununla həm də özünü kimlərinsə tapşırığının icraçısı kimi göstərib.

Mehdi Sübhani ermənilərdən artıq erməni olduğunu göstərərək deyib: “Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir. Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır”.

Səfir bu açıqlaması ilə “qaşınmayan yerdən qan çıxarmağa” səy edib. Səfir Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına susan, bu dövrdə Qarabağ ərazisində binaların və yurd yerlərinin dağılmasında, talan edilməsində erməni işğalçıları və havadarları ilə əməkdaşlıq edib. Həmin dövrdə Qarabağda İranın qanunsuz olaraq 80-ə yaxın firma və şirkətinin fəaliyyət göstərməsi bunu təsdiqləyir.

Tehranın istər müharibə dövründə, istərsə də müharibədən sonra Qarabağda terror qrupları təlimatlandırması kimi məsələlərdən geniş bəhs etmək istəməzdik. Səfir Mehdi Sübhani hansı “yaradan danışır?”. Yoxsa, Tehran hakimiyyəti səfirinin “yarlı” saydığı erməni sakinlərdən əslən isfahanlı keşiş Baqrat Qalstanyan kimi istifadə etmək istəyir. Görünür, Tehran hakimiyyəti “müalicə” adı ilə həmin kütlədən Ermənistan hökumətinə də təzyiq etməyi, bununla həm də Rusiyaya dəstək verməyi hədəfləyir.

Hər kəsə məlumdur ki, rəsmi Bakı Qarabağdakı erməni sakinlərə Azərbaycan cəmiyyətinə inteqrasiya çağırışı etmişdi. Ancaq regionda pozuculuq və terror fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyəti davam etdirmək istəyən həmin sakinlər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıb gedib.

Səfir isə bildirib ki, Qarabağda məskunlaşdırılan ermənilər ”qeyri-ixtiyari olaraq evlərini tərk ediblər, onların könüllü olaraq ora qayıtmaları üçün şərait yaradılacağına” ümid edir.

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri qərbi azərbaycanlıların öz yurdlarına, evlərinə repatriasiyasıdır. Bu şərt Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə açıqlanıb. İran səfiri ermənilərin “Qarabağa qayıtmasını” da “dayanıqlı sülh"ün şərti kimi irəli sürür. O, bununla özünü İrəvan rəsmisi kimi aparır. Həm Ermənistanda bu cür düşünənlərin, həm də Sübhaninin qərbi azərbaycanlılarla Qarabağa yerləşdirilən erməniləri eynihüquqlu tutması gülüncdür. Çünki Qərbi Azərbaycan türk torpağıdır. Ermənilər Qarabağa da, indiki Ermənistana da yerləşdiriliblər. Yəni bölgəni onlarla birləşdirən müqəddəs heç nə yoxdur. Başqa bir tərəfdə isə qərbi azərbaycanlılar öz yurdlarından silah tətbiqi və zorakılıqla çıxarılıblar. Bütün mülkiyyətləri Ermənistanda qalıb. Erməni sakinlər isə Azərbaycan ərazisini könüllü tərk ediblər və bütün əmlaklarını özləri ilə aparıblar. Başqa fərqlilikləri də sadalamaq olar.

Səfir Sübhani təmsil etdiyi hakimiyyətin 30 ildən artıqdır Azərbaycana münasibətdə buraxdığı səhvləri təkrarlayır. Bu davranışı və açıqlaması ilə o, Azərbaycana şər-böhtan atanların sırasında yer alıb.

Tehran diplomatlarının və dövlətin başqa rəsmilərinin belə çıxışları İran-Azərbaycan münasibətlərinə xələl gətirir. Səfirin belə qərəzli açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə maneə yaradır.

İyulun 15-də - səfirin müsahibəsindən iki gün sonra Azərbaycan XİN İrandakı Səfirliyinin fəaliyyətini bərpa etdiyinə dair açıqlama yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib: “Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək”.

Bu, Azərbaycanın İrana etdiyi xoşməramlı davranışlarındandır.

Rəsmi Bakının bu jesti qarşılığında Tehranın Mehdi Sübhanini ABŞ-nin maliyyələşdirdiyi informasiya vasitəsinə müsahibə verdiyinə (çünki İranda belə çıxış edənlərə təzyiq olunur), Azərbaycana qarşı yalan məlumatlar yaydığına, İran-Azərbaycan münasibətlərinə xələl gətirdiyinə və başqa pozucu çıxışına görə tənbeh edəcəyinə ümid etmək istərdik. Ola bilsin səfir İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın komandasında olmayacağını bildiyi üçün bu müsahibəni verərək rəsmi Bakı ilə Tehran münasibətlərinə qəsddən zərbə vurmaq istəyib. Hər halda Mehdi Sübhaninin açıqlaması məşhur atalar sözünün ürəkbulandıran hissəsinə daha çox uyğun gəlir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-08-2022, 19:40

İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur? - ŞƏRH

Dünya

20-07-2022, 16:45

Xameneinin Ermənistana qardaşlığı, Ukraynanın işğalına “fətva”sı - ŞƏRH

Siyasət

13-08-2022, 13:50

İran Azərbaycana qarşı çox təhlükəli OYUN OYNAYIR

Gündəm / Dünya

22-02-2024, 12:55

İran İraqdan üzr istəməlidir - XİN başçısı

Gündəm / Siyasət

27-05-2024, 17:42

İranda prezident postuna iddiaçılar - 10 şəxsin adı hallanır - ŞƏRH

Dünya

25-08-2022, 17:37

Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Dünya

19-01-2024, 17:24

Pakistan: İran bizim üçün dost ölkədir

Cəmiyyət

27-08-2022, 13:56

İranın Azərbaycanı qarşı xəbis niyyəti

Dünya

16-08-2022, 19:31

Tehranın Azərbaycana qarşı növbəti təxribatı - Politoloq

Siyasət

12-08-2022, 11:40

Tehran Azərbaycana mane olmaq istəyir - İrandan KRİTİK QƏRAR

Dünya

13-08-2022, 21:40

Xamenei öləndən sonra yerinə kim keçəcək? - İran müzakirə edir

Dünya

10-07-2024, 17:28

İranın yeni XİN rəhbəri o ola bilər

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xəbər lenti
  • Dünən, 19:00
    Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir
  • Dünən, 18:38
    Emmanuel Makron İlham Əliyevi təbrik edib
  • Dünən, 18:32
    AYNAnın məqsəd nizam intizam yaratmaqdı , yoxsa soyğunçuluq?
  • Dünən, 18:09
    Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
  • Dünən, 18:00
    Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
  • Dünən, 17:32
    Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
  • Dünən, 17:16
    Prezident bir sıra məhkəmələrə sədr təyin edib
  • Dünən, 17:03
    “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
  • Dünən, 16:27
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib
  • Dünən, 16:19
    Rahat marketdə köhnə məhsullar, endirimlı qiymətlər….
  • Dünən, 15:50
    MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
  • Dünən, 15:43
    Azay Möhnətov nəyin "Bədəl" ödəyir?-“AF Hotel” yandı, “Eurohome” bağlandı
  • Dünən, 15:00
    TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub
  • Dünən, 13:06
    Sabah 30 dərəcə isti gözlənilir
  • Dünən, 12:59
    Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO
  • Dünən, 12:24
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
  • Dünən, 12:11
    Otorapor_azerbaijan-dan şikayət - "200 manatım və 4 saat boşuna vaxtım getdi"
  • Dünən, 11:40
    Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir
  • Dünən, 11:10
    Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
  • Dünən, 10:50
    Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
  • Dünən, 10:44
    Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
  • Dünən, 10:12
    Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Dünən, 09:52
    “Azure Residence”dən ŞİKAYƏT
  • Dünən, 09:26
    Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq
  • Dünən, 09:11
    Dövlət Məşğulluq Agentliyində heç nə dəyişməyib - Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
  • Dünən, 08:54
    Ağdam şəhərinə daha 417 nəfər köçüb
  • 25-05-2026, 18:02
    Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
  • 25-05-2026, 17:47
    Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək
  • 25-05-2026, 17:10
    “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
  • 25-05-2026, 16:34
    Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq
  • 25-05-2026, 16:25
    Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
  • 25-05-2026, 15:50
    Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
  • 25-05-2026, 15:35
    Elnur Allahverdiyevin “ABC-Telecom”u qanunları pozur - “Kontakt Home” cərimələndi
  • 25-05-2026, 15:17
    ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb
  • 25-05-2026, 14:58
    AAYDA-da Saleh Məmmədovdan qalan “kadr mirası”: yarımçıq yollar, narazı vətəndaşlar və yoxa çıxan milyonlarla bağlı suallar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə