• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ekstrasens Cahangir Əsgərovun qardaşı oğlunu belə aldadıb - TƏFƏRRÜAT

Ölkə

24-10-2023, 22:14

"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib.
BakuNews.az Qaynarinfo-ya istinadən bildirir ki, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Ekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georqiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib.

Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Ekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georqiyevnanı ekstrasenslə tanış edib.

"Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb.

Həmin vaxt Ekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib.

Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Ekaterinanın mənzilində ona verib.

Bundan sonra o, yanvar ayını gözləyib, lakin Ekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Ekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Ekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib.

Cəlal və həyat yoldaşı, onların ailə dostu Fərid və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər.

Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Ekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

1-09-2023, 21:14

Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib - VİDEO

Gündəm

13-10-2023, 10:19

Azərbaycanlılara qarşı soyqırımı və deportasiyada ittiham olunan Vaqif Xaçatryanın məhkəməsi başlayır

Hərbi

2-10-2023, 12:52

Vaqif Xaçatryanın cinayət işinə baxacaq hakimin kimliyi məlum olub

Gündəm

18-10-2023, 10:51

Vaqif Xaçatryanın məhkəməsi başladı

Maraqlı

26-08-2022, 15:32

Xanlar Vəliyevin qardaşına 1 milyon manat "atan" şəxsə cəza istənildi - MƏHKƏMƏ

Gündəm

6-10-2023, 16:21

Vaqif Xaçatryanın məhkəməsinin keçiriləcəyi yer açıqlandı

Cəmiyyət / Səhiyyə / Bölgə

13-10-2023, 10:15

Beyləqanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB...

Dünya

12-09-2022, 21:32

Ata ögey oğlunun dərisini sumbata ilə cilaladı

Gündəm / Olay

9-10-2023, 20:28

Cahangir Əsgərovun kürəkəni işçilərinə az maaş verir?

Kriminal

24-10-2023, 21:33

Dələduzluğa görə axtarışa verilən şəxs Azərbaycana gətirildi

Kriminal

28-09-2023, 16:43

Sabiq gömrük əməkdaşları ilə bağlı qərar ləğv edildi, şikayətə yenidən baxılacaq

Gündəm / Cəmiyyət

7-09-2023, 18:19

Əsgərovların bankı bağlanır? - 135,2 milyon problemli kredit...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:39
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Xəbər lenti
  • Dünən, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 18:33
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • Dünən, 18:16
    İran Küveyt və Bəhreyni vurdu
  • Dünən, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • Dünən, 17:49
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • Dünən, 17:29
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • Dünən, 17:17
    Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • Dünən, 17:05
    Milli Məclisin deputatı İranda səfərdədir
  • Dünən, 16:56
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • Dünən, 16:39
    Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
  • Dünən, 16:04
    Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO
  • Dünən, 15:44
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Dünən, 15:33
    “Azza”dan alınan məhsul xarab çıxdı – Video
  • Dünən, 15:15
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • Dünən, 15:05
    Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 14:54
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 14:41
    Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR
  • Dünən, 14:31
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • Dünən, 13:15
    Analitik Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı
  • Dünən, 13:09
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • Dünən, 12:47
    Bakı Qızlar Universitetində GƏRGİNLİK
  • Dünən, 12:41
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü
  • Dünən, 12:16
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • Dünən, 12:04
    Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
  • Dünən, 11:54
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • Dünən, 11:33
    400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
  • Dünən, 11:06
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 10:47
    “Azəriqaz” işçilərini ixtisar edir - Azər Məmmədovun məqsədi nədir? - Şikayət
  • Dünən, 10:21
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • Dünən, 10:05
    Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
  • Dünən, 09:57
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • Dünən, 09:48
    İş adamının 10 milyon dollarlıq boru - Xidməti avtomobili və mülklərinə qadağa qoyuldu
  • Dünən, 09:38
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • Dünən, 09:29
    “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO MÜRACİƏT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə