Sizin reklam burada 728×90
Son dəqiqə

Şamaxıda qaçırdıqları avtomobillə yol-nəqliyyat hadisəsi törədən iki yeniyetmə saxlanılıb - FOTOLAR

21.12.2022 12:43 540 1 dəq oxunur
Şamaxıda qaçırdıqları avtomobillə yol-nəqliyyat hadisəsi törədən iki yeniyetmə saxlanılıb - FOTOLAR
Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxəran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər. Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar. Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az