Sizin reklam burada 728×90
Son dəqiqə

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb

23.12.2022 15:16 544 1 dəq oxunur
Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin, özünəməxsus, müvafiq icazə sənədləri olan “TOZ” markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kənd ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib. E. Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və bir ədəd ov tüfəngi, patronlar eləcə də çöl qabanı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az