Sizin reklam burada 728×90
Son dəqiqə

Məhkumun Gəncədə gizlətdiyi avtomat tapılıb

25.10.2023 15:50 365 1 dəq oxunur
Məhkumun Gəncədə gizlətdiyi avtomat tapılıb
Gəncədə məhkuma məxsus “Kalaşnikov” markalı avtomat tapılıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat Gəncə şəhərinə girişdə yolun kənarında aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az