Sizin reklam burada 728×90
Son dəqiqə

Şəmkir sakində narkotik və silah aşkar edilib

02.09.2022 10:59 584 1 dəq oxunur
Şəmkir sakində narkotik və silah aşkar edilib
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Zakir Əmiraslanov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb.


Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z. Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

bakunews.az













Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az