Sizin reklam burada 728×90
Son dəqiqə

"Neftçi"yə Emil Balayev şoku

09.07.2023 20:32 2 894 1 dəq oxunur
"Neftçi"yə Emil Balayev şoku
“Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumu məlum olub.

Bakunews.az offsideplus.az-a istinadən xəbər verir ki, “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib:

“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.

www.BakuNews.az
Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə whatsapp:+994 70 402 02 85

BakuNews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az