Sizin reklam burada 728×90
Son dəqiqə

"Qəbələ"nin müdafiəçisi uzun müddətə sıradan çıxıb

15.08.2022 19:55 510 1 dəq oxunur
"Qəbələ"nin müdafiəçisi uzun müddətə sıradan çıxıb
Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la oyunun (2:0) hazırlıq prosesində zədələnən "Qəbələ"nin futbolçusu Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.

bakunews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinə olunan 20 yaşlı müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib.

O, yaxın günlərdə əməliyyat olunacaq və təxminən 6 ay meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ"nin futbolçuları Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az