Sizin reklam burada 728×90
Son dəqiqə

Etdiyi səhvə görə karyerasını başa vurdu

05.01.2023 21:11 606 1 dəq oxunur
Etdiyi səhvə görə karyerasını başa vurdu
Türkiyəli hakimi Özgüç Türkalp karyerasını başa vurub.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı referi Türkiyə Superliqasının 16-cı turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda baş verənlərdən sonra bu addımı atıb.

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun əslində qaydalar çərçivəsində vurulduğunu təsdiqləyib.

Özgüçün VAR hakimi olduğu matçın 49-cu dəqiqəsində "Sivasspor"un vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv olunub. Ancaq ötən gün federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb.

Özgüç Türkalp isə yerli mətbuata açıqlamasında baş verənlərdə günahkar olduğunu bildirib və 28 illik karyerasını birdiyini elan edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az