Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan İslamiadada 13-cü qızıl medalı qazanıb

13.08.2022 21:27 509 1 dəq oxunur
Azərbaycan İslamiadada 13-cü qızıl medalı qazanıb
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

bakunews.az-nun report-a istinadən məlumatına görə, bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda bütün rəqiblərini geridə qoyub.

Yığmanın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə çıxışı isə 29,950 xala layiq görülüb. Milli iki çıxışın cəmində 62,700 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az