Sizin reklam burada 728×90
Son dəqiqə

İki futbol komandası oyunlarda diz çökməməyə qərar verdi

30.07.2022 17:30 488 1 dəq oxunur
İki futbol komandası oyunlarda diz çökməməyə qərar verdi
İngiltərənin iki klubunun – “Suonsi” və “Bristol Siti”nin oyunçuları matçlardan əvvəl diz çökməyi dayandırmaq qərarına gəliblər.

“Biz oyunçuları 100% dəstəkləyirik. Bizim futbolçularımız Ris Uillyamsla bağlı vəziyyətin necə həll olunmasından məyus olublar (“Liverpul”dan icarəyə götürülmüş oyunçu keçən mövsüm “Luton” azarkeşi tərəfindən irqçi təhqirə məruz qalmışdı – red). Onlar hiss edirlər ki, diz çökməklə çox az təsir göstərirlər. Oyunçular bu jestin mənasını itirdiyini düşünürlər. Bu, onların qərarıdır və biz bu məsələdə onları tam dəstəkləyirik. Onlar bunu simvolik bir jest kimi görürlər”, - deyə “Suonsi” meneceri Rassell Martin bildirib.

“Bristol”dan da oyunçularının artıq diz çökməyəcəkləri, ancaq irqçilik əleyhinə kampaniyalarını davam etdirməyə qərar verən rəqib futbolçuları alqışlayacaqları bildirilib./oxu.az

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az