Sizin reklam burada 728×90
Son dəqiqə

Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb

17.07.2023 15:30 443 1 dəq oxunur
Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb
Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az