Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda gənc oğlan 8-ci mərtəbədən yerə düşdü

08.09.2022 01:01 700 1 dəq oxunur
Bakıda gənc oğlan 8-ci mərtəbədən yerə düşdü
Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.


bakunews.az apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.

O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.

Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az