• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kişi gecəyarısı arvadının saçlarını kəsdi, sonra... - Şamaxıda dəhşətli olay

Hadisə / Kriminal

4-09-2022, 14:48

Şamaxı rayonunda 1986-cı il təvəllüdlü Eyvaz arvadı Səbirəni (adlar şərti verilib - red.) qətlə yetirib.


bakunews.az teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il oktyabrın 1-də gecə saat 2 radələrində baş verib. Eyvaz həmin vaxt arvadını döyə-dəyə öldürüb.

İstintaq orqanı tərəfindən Eyvazın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ititham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eyvaz ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Səbirə ilə 2007-ci ildə ailə həyatı qurub, iki qız və iki oğlan uşağı olub: "Evli olduğumuz müddətdə tez-tez mübahisələr etmişik. Lakin mübahisələrin əksəriyyəti sözlü olub. Bir neçə dəfə yalnız şillə ilə arvadımı vurmuşam. Bir dəfə də yumruqla vurub gözünün altını göyərtmişəm".

"Son vaxtlar tez-tez içirdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu hadisə baş verən günü, təxminən gecə saat 2 radələrində yaşadığı evə gəlib:

"Evə gələndə sərxoş idim. Həmin gün saat təxminən 20 radələrində yaşadığım evdə pivə və araq içmişdim. Daha sonra evdən çıxaraq yeni işlətməyə başladığım, evinin yanında yerləşən dönərxanaya getdim. Axşam saatlarında yenidən evimin yaxınlığında tində əyləşərək pivə və araq içdim. Piyada yaşadığım evə gəldim. Son vaxtlar tez-tez spirtli içki qəbul edirdim".

"Arvadım hamamda idi, amma yuyunmurdu"

Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadığı evə çatanda həyətə giriş qapısını döyüb, qapını kimsənin açmadığını görüb və qarajın qapısını döyməyə başlayıb: "Amma yenə qapını heç kim açmadı, dəmir pivə qabını çölə atdım, əsas giriş qapısı tərəfə getdim. Orada olan qaz borusundan tutaraq hasara dırmaşdım, yaşadığım evin həyətinə düşdüm.

Evin qapısının tam açıq olduğunu gördüm və həyətdə su səsi eşitdim. Buna görə həyətdəki hamama tərəf getdim.

Hamamın işığı yanırdı, qapını açdım, amma içəri daxil olmadım. Arvadım hamamda idi, amma duş qəbul etmirdi. Ondan nə üçün qapını açmadığını soruşdum. Cavabında "görmürsən işim var" dedi və hamamdan çıxdı.

Həmin vaxt Səbirənin başının bir hissəsini qırxılmış vəziyyətdə gördüm. O, başında ağrılar olduğundan hadisə baş verməmişdən bir gün qabaq, yəni sentyabrın 30-da başını qırxacağını bildirmişdi".

"Neçə zərbə vurduğumu xatırlamıram"

Eyvaz bildirib ki, Səbirənin qolundan tutaraq evin giriş qapısı tərəfə gətirib: "Ora çatanda Səbirə mənə irad tutdu ki, bu nə danışıqdı, mənimlə danışırsan. Onun sifətinə bir şillə vurdum. Səbirə geri çəkildi və "niyə vurursan məni" deyə soruşdu. Bundan sonra yumruqla Səbirənin sifət nahiyəsinə bir yumruq da vurdum. Onun ağzından qan gəldi, mənim də əlim qana batdı.

Həmin vaxt sərxoş olduğumdan Səbirəyə çoxsaylı zərbələrlə vurduğumu xatırlasam da, dəqiq neçə dəfə və bədəninin hansı nahiyələrinə vurduğumu yada sala bilmirəm".

"Böyük qızım "ata, qurban olaram, səbirli ol" dedi"

Eyvaz deyib ki, Səbirəni döyə-döyə evə daxil olub: "Evin qarşısında aynabəndə daxil olanda Səbirəni itələdim. O, pəncərənin qarşısına yıxıldı. Qolundan tutaraq istirahət otağına keçirdim.

Həmin vaxt Səbirə yıxıldığından onu yerdə dartan zaman, ola bilsin, bədənində xəsarətlər əmələ gəlib. Otağa keçəndə qapını itələdim və qapının şüşəsi qırıldı. Sonra isə pəncərənin şüşəsini yumruqla vuraraq Səbirəni həmin otağa keçirdim.

Otaqda böyük qızım Səidə otaqdan çıxaraq "ata, qurban olaram, səbirli ol" dedi. Səbirə ilə artıq mübahisəmiz bitmişdi və oturmuşduq. Səbirənin sifətinin qanadığını və şişdiyini gördüm. Böyük qızıma Səbirənin sifətindəki qanı yumaq üçün su gətirməyi tapşırdım.

Qızım su gətirməyə getdi, təxminən 1-2 dəqiqə sonra yenidən oturduğumuz otağa gəldi. Səbirə həmin otağın küncüdə əl-üzünün qanını yumağa başladı. Qulağında olan sırğanı, başındakı saç tutucunu və xatırladığım qədərilə əynindəki köynəyi çıxardı".

"Qayçı ilə saçlarını kəsdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Səbirə ilə söhbət etməyə başlayıb: "Söhbət zamanı Səbirəyə "daha bunu niyə belə saxlayıbsan, bunu da qırxaq" dedim, saçının qalan hissəsini də qırxmağı təklif etdim. O da cavabında saç qırxan maşının xarab olduğunu, bu səbəbdən saçlarını tam qırxa bilmədiyini dedi.

Yataq otağı kimi istifadə etdiyimiz arxa otağa keçdik. Orada saçqırxan maşınla Səbirənin saçını kəsmək istədim. Lakin maşın işləmədi. Bundan sonra Səbirənin saçlarını qayçı ilə kəsdim. Bu zaman Səbirə özü əli ilə saçlarını tutdu, mən isə qayçı ilə saçlarını kəsdim.

Səbirənin saçlarını kəsdikdən sonra yuxusu gəldiyini, başının ağrıdığını və yatmaq istədiyini bildirdi. Əynindəki paltarları mənim köməyimlə çıxarmağa başladım. Səbirəyə dedim ki, başın ağrıyırsa, həkim çağırım. Səbirə isə bildirdi ki, yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək. Mən də həmin vaxt yataqda Səbirənin yanında uzandım, biz yatdıq".

"Polisə təslim oldum"

Eyvaz qeyd edib ki, həmin müddət ərzində qızının otaqda olub-olmamasını xatırlamır: "Səhər yuxudan duranda Səbirənin ağzından qan gəldiyini gördüm. Onu səslədim, amma cavab gəlmədi. Onun qolundan tutdum. Qolunun soyuq olduğunu, bədəninin qaraldığını gördüm. Səbirənin öldüyünü başa düşdüm.

Onun üzərini örtərək yan otağa keçdim və uşaqlara "paltarlarınızı geyinin, aparıram sizi babanızgilə" dedim. Uşaqları taksiyə mindirərək atam Vəlinin evinə yola saldım. Özüm isə digər bir taksi tutaraq rayon polis şöbəsinə getdim və növbətçi hissəyə yaxınlaşaraq cinayət törətdiyimi etiraf etdim. Polislərə arvadımı öldürdüyümü bildirdim".

Eyvaz 18 il müddətinə azadlıqdan məhrum edilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-07-2022, 15:31

Sumqayıtda 50 yaşlı kişi rayona getmək istəməyən arvadını döydü - TƏFƏRRÜAT

Cəmiyyət

23-08-2022, 10:10

Anasını öldürən hakim qarşısına çıxarılır

Hadisə

8-08-2022, 10:48

Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü - Sabirabadda ŞOK OLAY

Hadisə

11-07-2022, 10:27

Bakıda kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Dünya

21-07-2022, 14:46

Ukraynada qətl törədən idman ustasının məhkəməsi başlayıb

Hadisə

9-08-2022, 12:55

Bakıda yüksək vəzifəli məmurun qızı ilə qayınanası ÖLDÜRÜLDÜ: 3 milyon pul oğurlandı - DƏHŞƏTLİ QƏTL

Hadisə

13-08-2022, 14:02

Bakıda qonşular arasında dəhşətli dava: "Pəncərəmi döyüb arvadımla..." - Şok

Hadisə

4-09-2022, 12:43

"Xoşbəxt etməyə çalışmışam" - Bakıda arvadı Fəridəni öldürməyə cəhd edən şəxs

Hadisə / Bölgə

11-08-2022, 18:25

Goranboyda ŞOK OLAY - Gənc oğlan 9 illik sevglisini qaçırdı və təcavüz etdi

Cəmiyyət

14-07-2022, 19:25

26 yaşlı oğlan bacısını öldürdü

Hadisə

11-08-2022, 13:24

Məktəbdə ov bıçağı ilə qadını öldürən şəxsin məhkəməsi başlayır

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə