• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətli

Hadisə

12-07-2022, 17:11

Bu ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonunda 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, daha əvvəl “Lider” televiziyasında çalışmış N.Həsənovanı amansızlıqla qətlə yetirərək bədənini hissələrə ayırmış həyat yoldaşı, 1987-ci il təvəllüdlü Orxan Alıyevə 20 il müddətinə həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə O.Alıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə prosesi iyulun 3-də başa çatıb. Prosesdə məlum olub ki, Nahidə həyat yoldaşı Orxanla dayıoğlu-bibiqızı olub. Lakin o, ailədə mütəmadi şiddət görüb və qətlə yetirilməzdən bir neçə gün əvvəl Nahidə Bakıdan Füzuliyə anasıgilin yanına gedibmiş. Lakin Orxan daha sonra – yanvarın 3-də Nahidənin ardınca Füzuliyə gedərək israrla onun geri qayıtmasını istəyib. 1 gün Füzulidə qayınanasıgilin evində qalan Orxan Nahidəni razı salaraq Bakıya gətirib. Elə həmin gün o, Xətai rayonu, General Şıxlınski küçəsindəki evdə Nahidəni xüsusi amansızlıqla qətlə yetirib.

Məhkəmədə ifadə verən Orxan Alıyev Nahidəni qətlə yetirməzdən əvvəl ona məcburi şəkildə kəlmeyi-şəhadətini oxutdurduğunu bildirib:"Nahidə ilə 2017-ci ildə ailə həyatı qurmuşduq, o mənim bibim qızı idi. Nahidə, anam və azyaşlı qızım eyni evdə yaşayırdıq. Ailə qurandan sonra onun məni aldatmasından şübhələnməyə başlamışdım, mobil telefonu vasitəsilə izlətdirirdim. Lakin Nahidənin kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı tez-tez mübahisəmiz olurdu. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə Nahidə ilə yenə dalaşdıq, uşağı götürüb Füzuliyə atası və anasının yaşadığı evə getdi. 3 yanvar 2022-ci il tarixdə Nahidəni və uşağını geri gətirmək üçün yola düşdüm. Həmin gün onları Bakıya gətirmək istəsəm də, qayınatamgil buna imkan vermədi. Gecəni orada qalıb Nahidəni Bakıya getməyə razı saldım, yanvarın 4-də səhər saat 07 radələrində yoldaşımı və uşağı Füzuli rayonundan götürüb taksi ilə Bakı gətirdim, saat 12 radələrində Xətai rayonunda yerləşən mənzilə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini, Nahidə ilə söhbət etmək istədiyimi bildirdim. Anam uşaqla birgə gedəndən sonra Nahidə ilə mənzildə tək qaldıq, evin giriş qapısını içəridən bağladım ki, evə heç kim girməsin. Nahidədən mənə kiminlə xəyanət etdiyini soruşdum. O isə xəyanət etmədiyini bildirdi. Buna görə çox əsəbi vəziyyətdə danışırdım. Nahidə xəyanət etmədiyinə and içirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra əvvəlcədən planlaşdırdığı qətli törədib: “Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə, oradan isə hamam otağına apardım. Orada Nahidəyə:“Sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm”,- sözlərini deyərək, israrla ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və mətbəxdən götürdüyüm bıçaqla Nahidənin başını bir qədər kəsdim”.

Bundan sonra həyat yoldaşının ölümünə əmin olan Orxan geri qayıdaraq onun başını bədənindən tamamilə ayırıb, həmçinin qollarını və digər orqanlarını kəsib bədənindən ayıraraq vannaya yığıb: “Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatdım. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırdım. Meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlayanda qapı döyüldü. Qapının gözlüyündən baxanda anamla bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirdim, çünki onların bu vəziyyətdə olan meyit görməsini istəmirdim və yeznəmin gəlməsini bildirdim”.

Məhkəmədə mərhum Nahidə Həsənovanın valideynləri onun Füzulidən Orxanla birgə getməyini istəmədiklərini, lakin Nahidənin özünün razılığı ilə Bakıya yola düşdüyünü deyiblər.

Həmçinin Orxanın yaxınları onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Qeyd edək ki, araşdırmalar zamanı Orxan Alıyevin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi də məlum olub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-08-2022, 10:10

Anasını öldürən hakim qarşısına çıxarılır

Hadisə

19-07-2022, 14:04

Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild

Hadisə

21-06-2022, 18:52

Uşağını götürməyə gəldi, əri tərəfindən öldürüldü - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Dünya

21-07-2022, 14:46

Ukraynada qətl törədən idman ustasının məhkəməsi başlayıb

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Cəmiyyət

9-08-2022, 13:15

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olundu

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Cəmiyyət

29-07-2022, 13:10

Azadlığa buraxılan keçmiş gömrükçülər yenidən həbs olundular

Hadisə / Bölgə

22-08-2022, 15:39

Daşkəsəndə qayınatanın gəlinini qətlə yetirməsinin təfərrüatı

Cəmiyyət

29-07-2022, 22:18

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Hadisə

9-08-2022, 12:55

Bakıda yüksək vəzifəli məmurun qızı ilə qayınanası ÖLDÜRÜLDÜ: 3 milyon pul oğurlandı - DƏHŞƏTLİ QƏTL

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə