Sizin reklam burada 728×90
Son dəqiqə

TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb - YENİLƏNİB

09.08.2022 15:32 758 1 dəq oxunur
TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb - YENİLƏNİB
"Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib".

Bu barədə bakunews.az-ya report-a istinadən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: "Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır".

14.54
Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az