Sizin reklam burada 728×90
Son dəqiqə

Kürdəmirdə daha bir körpə ölümü

23.12.2024 16:46 391 1 dəq oxunur
Kürdəmirdə daha bir körpə ölümü
Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.

Hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.

2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.

Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə alınmışdı.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az