• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Prezident İlham Əliyev ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR

Gündəm / Siyasət

20-10-2023, 21:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib.

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdın qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Tarif Şurası tərəfindən gediş taarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu dördzolaqlıdır.

Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında beş hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, altı ödəmə və yükə nəzarət məntəqəsi, iki mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin, hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. O da bildirilib ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Dövlətimizin başçısı ödəmə sistemi haqqında videoçarxa baxıb.

Bildirilib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın iki formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.
Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrəoxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR-kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki, son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin, yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.

Bu yolun istifadəyə verilməsi, həmçinin, beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-08-2023, 10:24

Prezident Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin açılışında iştirak edib

İqtisadiyyat

25-08-2022, 12:04

İl sonuna qədər ödənişli yol istifadəyə veriləcək

Gündəm / Siyasət

20-07-2023, 15:48

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub

Gündəm / Siyasət

15-10-2023, 18:19

İlham Əliyev Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub

İqtisadiyyat

20-07-2022, 17:07

Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib

İqtisadiyyat / Sosial

10-10-2023, 15:01

Saleh Məmmədov: “Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”

Siyasət

9-10-2023, 16:42

Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyasət

3-08-2022, 14:16

Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrıldı

Siyasət

1-08-2022, 13:57

Prezident sərəncam imzaladı: Büdcədən 10.1 milyon manat ayrıldı

İqtisadiyyat

24-08-2022, 17:29

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 20 km-lik hissəsi asfaltlanıb

Cəmiyyət

11-08-2022, 12:23

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb

Siyasət

13-08-2022, 21:25

Şəhər və rayonlar dövlət başçısının diqqət mərkəzindədir

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
3-08-2026, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
3-08-2026, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
2-08-2026, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:36
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Xəbər lenti
  • Dünən, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Dünən, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Dünən, 18:23
    Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
  • Dünən, 18:02
    TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • Dünən, 17:37
    Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
  • Dünən, 17:21
    İspaniyaya 72 min qanunsuz miqrant keçib
  • Dünən, 17:08
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Dünən, 16:54
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Dünən, 16:34
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Dünən, 16:18
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
  • Dünən, 15:40
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Dünən, 15:22
    TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq
  • Dünən, 15:03
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Dünən, 14:56
    Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
  • Dünən, 14:29
    Culfaya yeni icra başçısı təyin edilib
  • Dünən, 14:10
    "Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • Dünən, 13:51
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 13:29
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Dünən, 13:13
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Dünən, 13:05
    1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
  • Dünən, 12:54
    Şahbuzda zəlzələ olub
  • Dünən, 12:19
    Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
  • Dünən, 12:10
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Dünən, 11:59
    Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?
  • Dünən, 11:42
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Dünən, 11:30
    ​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
  • Dünən, 10:52
    Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
  • Dünən, 10:44
    Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO
  • Dünən, 10:06
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dünən, 09:57
    117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
  • Dünən, 09:41
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Dünən, 09:32
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • Dünən, 09:07
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 09:01
    İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
  • Dünən, 08:47
    Bakının bir sıra yollarında tıxac yaranıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə