• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şahin Mustafayev ermənilərlə onların dilində danışmağa gedir – ŞƏRH

Gündəm

27-09-2023, 11:07

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşündə də mühüm razılaşmalar əldə edilib. Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi İşçi Qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, İşçi Qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. Bu İşçi Qrupu sosial-iqtisadi problemlərin həlli üçün təşkil edilib.

Şahin Mustafayevin İşçi Qrupuna təyinatı da səbəbsiz deyil. Əvvəla, o, sərhədlə bağlı danışıqlara da rəhbərlik edir. Həm də Şahin Mustafayev Ermənistanda anadan olub, müəyyən müddət İrəvan İqtisad İnstitutunda oxuyub, təbii ki, erməni dilini də yaxşı bilir. Bu, İşçi Qrupunun rəhbərinin erməni icması ilə daha faydalı işləməyə imkan verəcək.

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, antiterror əməliyyatlarından sonra atdığımız hər addımla, on illər ərzində işğal altında qalmış və separatçı erməni başıpozuq qruplaşmaları tərəfindən idarə olunmuş ərazilərimizdə Azərbaycanın Konstitusiya hüquqlarının bərpa olunmasını təmin edirik: “Qarabağ torpaqlarımızda nəhayət ki, haqq-ədalət öz yerini tapmağa başlayır. Əslində 44 günlük savaşdakı böyük qələbəmizdən sonra belə də olmalı idi. Azərbaycan dövləti ona aid ərazilərdə qanunçuluğu bərpa etməyə borclu idi. Lakin bu addımlar 3 ilə yaxın idi ki, mürtəce qüvvələrin müqaviməti ilə qarşılaşırdı. Sonda Azərbaycan bütün dünyaya sübut etdi ki, bu addımların alternativi yoxdur və antiterror əməliyyatlarından sonra dövlətimiz bu prosesə start verdi. Baş nazirin müavini Şahin Mustafayevin İşçi Qrupuna təyinatı əlbəttə ki, səbəbsiz deyil. Bu qrupa erməni dilini və erməni xislətini yaxşı bilən birinin təyin olunması olduqca uğurlu seçimdir. İşçi Qrupun fəaliyyətə başlamasından sonra Qarabağ torpaqlarımızın ermənilər yaşayan ərazilərində və ilk növbədə Xankəndidə Azərbaycanın dövlət qurumlarının fəaliyyəti bərpa olunacaq. Bunun alternativi yoxdur”.

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Xankəndidə hazırda hakimiyyət boşluğu var. Bunun nəticəsidir ki, terrorçu separatçı ermənilər orada böyük benzin çənini partlatdılar: “Orada hakimiyyət boşluğunu tez doldurmaq lazımdır ki, qanunsuzluqlar, terror hərəkətləri və müxtəlif bu kimi cinayətlər böyüyüb xaosa çevrilməsin. Hesab edirəm ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və onun rəhbərlik etdiyi İşçi Qrup bir çox məsələlərin həllinə nail olacaq. Şahin Mustafayev uzun müddətdir ermənilərlə danışıqlar aparmaq təcrübəsinə malikdir. Ermənistan hökuməti ilə sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması məsələləri ilə bağlı aparılan danışıqlarda iştirak edir. Eyni zamanda Şahin Mustafayev erməni dilini də bilir. O, mənim bildiyim qədər Ermənistanda məktəbi qızıl medalla bitirib, İrəvanda ali məktəb oxuyub. İndiki vaxtda xüsusilə erməni dilini bilmək əlavə üstünlükdür. Xankəndidə və digər yerlərdə yaşayan erməni əhalinin heç də hamısı Azərbaycan dilini, rus dilini bilmir. Ona görə də orada danışıqlarda istər-istəməz ermənilərlə onların dilində danışmaq lazım gələcək. Eləcə də Azərbaycan və rus dilini bilməyən əhali təbəqəsinə müəyyən müraciətlər etmək lazım gələcək. Ona görə də erməni dilini bilməsi Şahin Mustafayevin faydalı iş əmsalını artırmış olacaq, əhaliyə təsir etmək üçün əlavə imkanlar qazandıracaq. Erməni əhalinin Azərbaycana inteqrasiya prosesinə ciddi töhfələr verəcək”.

Milli Məclisin deputatı Aydın Hüseynov Bakı-xəbər.com-a açıqlamasında deyib ki, yaradılmış yeni İşçi Qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir və ermənilərin yaşadığı ərazilərdə əhalinin sosial müdafiəsi, təhlükəsizliyi, təhsil və səhiyyə xidmətləri, zəruri infrastruktur təminatları, işıq, qaz, su, istilik təminatları, və digər zəruri tələbatları üçün plan hazırlayıb həyata keçirəcək: “Bu, Qarabağın ermənilər məskunlaşan ərazilərində bərpa və quruculuq, reinteqrasiya prosesini sürətləndirəcək. Bu proseslər azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşmanı sürətləndirməklə yanaşı, Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq. Öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına dərin inam yaradır”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

6-08-2022, 13:45

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

İqtisadiyyat

7-09-2022, 18:19

Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib

İqtisadiyyat

11-03-2023, 22:17

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - FOTO

İqtisadiyyat

19-09-2023, 21:38

“İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib - FOTO

İqtisadiyyat

4-09-2023, 18:47

Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş keçirilib - FOTOLAR

Cəmiyyət / Sosial

7-07-2023, 16:31

ÜTT rəsmiləri ilə görüşlər keçirilib - FOTO

Siyasət

18-09-2023, 16:33

İstanbul valisi ilə görüşdə azərbaycanlı miqrantların problemləri müzakirə olunub - FOTOLAR

Cəmiyyət

4-08-2022, 14:43

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib

İqtisadiyyat

30-03-2023, 22:02

Azərbaycan nümayəndə heyəti İspaniya Parlamentinin Deputatlar Konqresində müzakirələr aparıb

Hərbi

6-07-2023, 11:03

Bakıda Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Dünən, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Dünən, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Dünən, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Dünən, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Dünən, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Dünən, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Dünən, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Dünən, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Dünən, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Dünən, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Dünən, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Dünən, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Dünən, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Dünən, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Dünən, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Dünən, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Dünən, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Dünən, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Dünən, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Dünən, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Dünən, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Dünən, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Dünən, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Dünən, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Dünən, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • 30-09-2026, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • 30-09-2026, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • 30-09-2026, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • 30-09-2026, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • 30-09-2026, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə