Sizin reklam burada 728×90
Son dəqiqə

ÜTT rəsmiləri ilə görüşlər keçirilib -

07.07.2023 16:31 394 1 dəq oxunur
ÜTT rəsmiləri ilə görüşlər keçirilib -
Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Ngozi Okonyo-İveala və Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşlərdə ölkəmizin təşkilatla əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının və xarici ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyində Azərbaycanın üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclasında iştirak etmək üçün İsveçrəyə səfər edib.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Ngozi Okonyo-İveala ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədləri barədə məlumat verərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri arasında əməkdaşlığın inkişafını, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, ölkəmizin təşkilat üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri, ÜTT-yə üzvlüklə bağlı atılan addımlar, habelə, Azərbaycan iqtisadiyyatının dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün görülən işlər barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy ilə görüşündə ölkəmizin iqtisadi-ticarət əlaqələri, ticarətin inkişafı, iqtisadi artımın sürətləndirilməsi, rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.









BakuNews.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az